Qaynar xətt:

(+99450) 247 90 86

Müharibə mayda bitə bilərdi...

DÜNYA

80

26.06.2025, 11:25

Ukraynadakı münaqişə bu il bitə bilərdi, lakin Avropa nizamlanmanın qarşısını almaq üçün əlindən gələni edir.

Oxu24.com  xəbər  verir    ki, bu sözləri Lenta.ru-ya müsahibəsində Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

"Əlbəttə, ilin sonuna kimi bunun həll olunacağını planlaşdırırdım. Prinsipcə, may ayında memorandumlar üzrə müəyyən razılaşmaların hazırlanacağını planlaşdırırdım, amma təəssüf ki, bunun necə nəticələndiyini görürsünüz", - Çepa bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında mümkün razılaşmanı sabotaj edən qüvvələr var. Deputat qeyd edib ki, söhbət Moskva ilə Kiyev arasında sülhü istəməyən Avropa ölkələrindən gedir.

Bundan əvvəl İtaliyanın baş naziri Giorgia Meloni Amerika lideri Donald Trampla görüşü zamanı onu İsrail və İran qarşıdurmasında olduğu kimi Ukraynadakı münaqişə ilə bağlı qətiyyət göstərməyə çağırıb.

Rubio daha əvvəl Ukraynadakı münaqişənin necə bitməli olduğunu açıqlamışdı.

Nigar