Qaynar xətt:

(+99450) 247 90 86

Tramp Rusiya ilə bağlı nəyə and içib?

DÜNYA

70

26.06.2025, 11:04

ABŞ prezidenti Donald Tramp Avropadakı NATO müttəfiqlərinə and içib ki, Rusiya Ağ Evdə qaldığı müddətdə Şimali Atlantika Alyansına hücum etməyəcək.

Oxu24.com  xəbər  verir    ki,   bu  barədə   The Washington Post (WP) yazır.

“Əsas sessiyada Tramp müdafiə xərcləri ilə bağlı müsbət fikirlər səsləndirib və üç rəsminin sözlərinə görə, Rusiyanın o, prezident olduğu müddətdə NATO-ya heç vaxt hücum etməyəcəyinə söz verib”, - nəşr yazır.

Washington Post qeyd edir ki, digər NATO liderləri Amerika liderinin Avropanın müdafiə xərclərini artırmaq səylərini təqdir edib və onun İrana zərbələrini dəstəkləyiblər. Avropalı məmurların fikrincə, onların çoxu yaltaqlığa əl atıblar ki, bu da Trampın rəğbətini qazanmaq üçün çox təsirli bir yoldur.

Bloomberg daha əvvəl bildirmişdi ki, Haaqada NATO liderləri ilə qapalı görüşdə Tramp bir dəfə də olsun Rusiyanın adını çəkməyib.

Miri