Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
390
25.06.2025, 15:30
Oxu24.com Məcid Rəşadətoğlunun yeni yazısını təqdim edir.
1556-cı ildə İraqın Kərbəla şəhərində vəfat edən və öz vəsiyyətinə əsasən İmam Hüseyn məqbərəsinin yaxınlığında dəfn olunan böyük Azərbaycan şairi Məhəmməd Füzulinin məzarının 1984-cü ildə dağıdılması bir dövr mətbuatında geniş müzakirə olunmuşdu. Bu hadisə ilə bağlı yayımlanan bəzi yazılarda təhriflərə də yol verilmişdi. Lakin son illərdə Türkiyədə dərc olunmuş elmi araşdırmalarda bu hadisəyə dair yeni və diqqətəlayiq faktlar ortaya çıxıb.
1984-cü ilin yaz gecəsində Səddam Hüseynin göstərişi ilə buldozerlər İmam Hüseyn türbəsinin ətrafındakı tikililəri dağıtmağa başladı. Rəsmi bəhanə yol qovşağı tikintisi idi. Söküntü zamanı məhv edilən tikililərdən biri də Füzulinin məzarının yerləşdiyi türbə oldu. Ancaq türbə dağıdılanda artıq Füzulinin məzarı boş idi. Çünki bir gün öncə Səddam rejiminin nümayəndələri məzarın içini açaraq böyük şairin qalıqlarını çıxarmış və Sultaniyyə məscidinə köçürmüşdülər. Füzulinin sümükləri uzun illər bu məsciddə saxlanıldı. Lakin bir müddət sonra həmin məscidin də yol tikintisi səbəbilə sökülməsi gündəmə gəldi və bu dəfə də şairin nəşinin taleyi qeyri-müəyyən qaldı.
Həmin dövrdə, Azərbaycan SSR rəhbərliyi İraq hökumətinə rəsmi nota göndərərək Füzulinin oğuzların Bayat tayfasından olan bir Azərbaycan şairi olduğunu qeyd edir və onun nəşinin Azərbaycana gətirilib, burada yüksək səviyyədə dəfn olunması üçün icazə istəyirdi. Lakin İraq tərəfi bu təkliflə razılaşmadı. Türk müəlliflərinin araşdırmalarında bildirilir ki, iraqlı rəsmilər cavablarında belə demişdilər: "Bağdadlı Süleyman oğlu Məhəmməd ərəb şairi olmasa da, İraq torpağında yaşamışdır. Onun nəinki sümükləri, hətta məzar torpağının bircə qum dənəsi belə bu torpaqdan çıxarıla bilməz."
Həmçinin oxuyun
Hadisədən illər keçdi. 1994-cü ildə Azərbaycan artıq müstəqil dövlət idi. Bu dəfə Azərbaycan dövləti İraqla birbaşa əlaqə qurdu və Füzulinin nəşinin ölkəyə gətirilməsi üçün rəsmi müraciət etdi. Qarşı tərəf isə bunun əvəzində belə bir təklif irəli sürdü: "Biz də Türkiyədən xahiş edərik, İslamdan öncəki dövrün məşhur ərəb şairi İmrul-Qeysin Ankaradakı məzarının İraqa köçürülməsinə icazə verilsin." Nəticədə İraq tərəfi bir daha təklifi rədd etdi.
Bununla belə, Azərbaycanın təkidi davam etdi. 1994-cü il sentyabrın 17-də Bağdadda “Füzuli” Konqresi keçirildi. Azərbaycanın tanınmış ziyalıları və füzulişünaslarından ibarət 128 nəfərlik nümayəndə heyəti Bağdada səfər etdi. Heyət üzvləri Füzulinin məzar məsələsinin həll olunmayacağı təqdirdə ölkəni tərk etməyəcəklərini bildirdilər. Üç gün və üç gecə davam edən danışıqlardan sonra İraq hökuməti Füzulinin qalıqlarının hörmətli bir məkanda dəfn ediləcəyinə və onun üçün yeni türbə tikiləcəyinə söz verdi.
Yeni məkan Azərbaycan tərəfinin seçimi ilə müəyyənləşdirildi — Həzrəti Hüseyn türbəsinin yaxınlığındakı məscidin qiblə yönünə baxan əlyazmalar hücrəsi. Füzulinin sümükləri həmin yerdə dəfn olundu və məzarın üzərinə mərmər kitabə yerləşdirildi. Lakin bütün bu proseslər zamanı, Füzulini özünün böyük şairi hesab edən Türkiyə tərəfi susqun mövqe sərgilədi. O gündən bəri, yəni 1995-ci ildən etibarən, Füzulinin məzarı həmin məkanda yerləşir.(kulis.az)
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.