Qaynar xətt:

(+99450) 247 90 86

Kanada Avropa Birliyinə üzv ola bilər

DÜNYA

130

25.06.2025, 15:45

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Bloomberg-ə müsahibəsində deyib ki, Kanada Avropa Birliyinə (Aİ) qoşula bilər, çünki onunla Arktika sərhədi var.

"Bilirsiniz, məndən Kanadanın Aİ-yə qoşulmaq istəməsi ilə bağlı sual verdilər. Mən dedim ki, maneə coğrafi cəhətdən Avropada olmaması ola bilər. Amma onların buna cavabı var - Arktika, biz Arktika ilə sərhədimizi paylaşırıq", deyə o bildirib.

Aprel ayında Politico yazmışdı ki, Kanadanın Aİ-yə daxil olması qeyri-mümkün ssenari deyil, çünki onlar bir çox ortaq maraqları, o cümlədən sıx iqtisadi əlaqələri və Donald Trampın rəhbərlik etdiyi yeni Amerika administrasiyasının siyasətləri ilə bağlı çətinlikləri bölüşürlər.

Daha əvvəl Kallas bildirmişdi ki, Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini iyunun sonuna kimi qəbul edə bilər. Onun sözlərinə görə, Brüssel Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində karbohidrogenlərin qiymətinin artmasına baxmayaraq, Rusiya neftinin qiymət tavanının aşağı salınması məsələsini nəzərdən keçirir.

Nigar