Qaynar xətt:

(+99450) 247 90 86

Leninin məqbərəsi bağlı olacaq 

DÜNYA

130

25.06.2025, 14:29

Rusiya Federal Mühafizə Xidməti (FSO) Moskvanın Qırmızı Meydandakı Leninin məqbərəsinin ziyarətçilərə bir gün bağlı qalacağı ilə bağlı xəbərdarlıq edib.

Bu barədə TASS məlumat yayıb.

"28 iyun 2025-ci ildə ziyarətçilər V. İ. Lenin məqbərəsinə və Kreml divarının yaxınlığındakı nekropola buraxılmayacaq", - FSO-nun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.

Bunun “tədbirlərin hazırlanması və keçirilməsi” ilə bağlı olduğu qeyd edilir.

Bundan əvvəl Lenin məqbərəsi bu il aprelin 23-dən mayın 19-dək ziyarətçilər üçün bağlı olub. Bu ilin fevralında isə Mavzoley təmir işləri ilə əlaqədar artıq iki ay bağlanıb. Mavzoleydə planlı təmir adətən iki ildə bir dəfə aparılır. Əvvəllər iş 2023-cü ildə həyata keçirilirdi. Leninin balzamlanmış bədəni ilə Ümumrusiya Dərman və Aromatik Bitkilər İnstitutunun mütəxəssisləri işləyir və onun kostyumu bir neçə ildən bir dəyişdirilir. Lenin məqbərəsi adətən hər çərşənbə axşamı, çərşənbə, cümə axşamı və şənbə günləri saat 10:00-dan 13:00-a qədər ziyarətçilərin üzünə açıqdır.

Nigar