Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya Rusiya ilə sərhəddə “yeni dəmir pərdə”nin yaradılması ilə bağlı xəbərdarlıq edib

DÜNYA

116

24.06.2025, 18:12

Finlandiya, Polşa və Baltikyanı ölkələrin piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxması bu ölkələrin Rusiya ilə sərhəddə “yeni dəmir pərdə” yaratmaq istəyi ilə izah olunur.

Bu barədə Britaniyanın “Teleqraf” qəzeti yazıb.

Qeyd olunur ki, lazım gələrsə, Rusiya ilə həmsərhəd olan NATO ölkələri “milyonlarla mina ilə sərhədləri boyu sakit şam və ağcaqayın meşələri əkəcək”.

Müəllif yazır: “Finlandiyanın ən ucqar şimalındakı Laplandiyadan şərqi Polşadakı Lyublin Voyevodalığına qədər, Avropanın hər tərəfinə yeni və partlayıcı dəmir pərdə enmək üzrədir”.

Onun sözlərinə görə, minaların hara yerləşdiriləcəyinə artıq hərbçilər qərar verir.

İyunun 13-də Estoniya prezidenti Alar Karis təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar respublikanın piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava Konvensiyasından çıxmasını təsdiqləyib.

May ayında Litva Seymi (parlamenti) analoji qərar qəbul edib.

Aprel ayında Latviya prezidenti Edqars Rinkeviçs ölkənin bu konvensiyadan çıxması haqqında qanun imzalayıb.

Bundan əvvəl Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin Avropaşünaslıq kafedrasının müdiri Konstantin Khudoley bildirmişdi ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə minalanmış hasarlar quraşdırmaq istədikləri üçün konvensiyadan çıxmaq qərarına gəlib.

Bundan əvvəl Polşanın Belarus və Rusiya ilə sərhədləri minalamaq niyyətində olduğu bildirilirdi.

Nigar