Qaynar xətt:

(+99450) 247 90 86

İranın məşhur generalı öldürülüb 

DÜNYA

124

24.06.2025, 17:20

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun bir qolu olan Bəsic kəşfiyyat xidmətinin rəhbəri öldürülüb.

Oxu24.com  xəbər  verir    ki,  İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına əsasən, general Məhəmməd Təqi Yusifvənd iyunun 23-də Tehranda İsrailin hava hücumu nəticəsində həlak olub.

İyunun 24-də səhər saatlarında İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail ordusunun ötən gün Bəsic strukturundan “yüzlərlə silahlını məhv etdiyini” bildirdi.

Bəyanatda onu “terror rejiminin repressiv aləti” adlandırıb.

Bəsic SEPAH-ın beş əsas qolundan biridir.

Xidmətin İranın əksər şəhərlərində filialları var və daxili təhlükəsizlik və hüquq-mühafizə orqanlarına cavabdehdir.

Nigar