Qaynar xətt:

(+99450) 247 90 86

Atəşkəsdən sonra İrandan gündəm yaradacaq nüvə açıqlaması 

DÜNYA

3038

24.06.2025, 14:18

İran və İsrail arasında atəşkəs müəmması davam edərkən, Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslami diqqətəlayiq bir "nüvə" açıqlaması verib.

İsrail-İran müharibəsinin 12-ci günündə təəccüblü hadisələr baş verir. İranın İsrailə raket zərbələri endirərək atəşkəsi pozduğunu iddia edən Təl-Əviv rəhbərliyi əks hücuma hazırlaşdığını açıqlasa da, atəşkəsin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.

Oxu24.com  xəbər  verir    ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ-ın hücumundan sonra nüvə obyektlərindəki vəziyyətlə bağlı açıqlama verib. İslami nüvə iş prosesində hər hansı pozulmaların qarşısını almaq üçün planlar hazırladıqlarını bildirib.

Lazımi hazırlıqları gördüklərini bildirən İslami hazırda zərərin qiymətləndirilməsi apardıqlarını qeyd edib. Təmir hazırlıqlarının əvvəlcədən nəzərdə tutulduğunu paylaşan İslami, "Planımız istehsal və xidmət prosesində hər hansı bir axsamanın qarşısını almaqdır", deyə o bildirib.

Nigar