Qaynar xətt:

(+99450) 247 90 86

Qazın qiyməti də aşağı düşüb

DÜNYA

133

24.06.2025, 14:35

Hollandiya TTF-də təbii qaz fyuçerslərinin qiymətləri 12%-dən çox azalaraq 35,3 avro/MVt-a düşüb.

Bir gecədə qiymətlər 5 avro ucuzlaşıb. ExPro xəbər verir ki, bunu ICE məlumatları sübut edir.

Nəşr yazır ki, Avropa mərkəzlərində qiymətlər İsrail-İran hücumlarından əvvəl iyunun 11-dən bəri ən aşağı səviyyəyə düşüb. Xüsusilə də təbii qaz qiymətləri ABŞ prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs elan etməsinə çökmə ilə cavab verdi. Beləliklə, qiymətlər münaqişənin kəskinləşməsi nəticəsində yaranan artımı tam şəkildə geri qaytardı.

Bazar həm boru kəməri qazı (əsasən Norveçdən), həm də LNG ilə yaxşı təmin olunur. Atəşkəsin əldə olunmasını nəzərə alaraq, Hörmüz boğazı vasitəsilə Avropa və ya digər ölkələrə LNG tədarükündə heç bir fasilə gözlənilmir.

Bundan əlavə, İsrail tezliklə öz yataqlarında hasilatı bərpa edə və müvafiq olaraq Misirə ixracı bərpa edə bilər ki, bu da Misirin LNG spot bazarında alışını azaldacaq.

Bundan əvvəl İsraillə İran arasında atəşkəs əldə olunması xəbəri ilə neftin qiymətinin düşdüyü bildirilirdi. Bugünkü sessiyada Brent neftinin qiyməti 67,6 dollar/barelə, WTI markalı neftin qiyməti 64,6 dollar/barelə kimi ucuzlaşıb.

Nigar