Qaynar xətt:

(+99450) 247 90 86

Narışkin İranda radiasiya sızması ilə bağlı sualı cavablandırıb

DÜNYA

86

24.06.2025, 12:50

İranda radiasiya sızmasının olmadığı barədə məlumatlara etibar etmək olar.

Oxu24.com   xəbər  verir  ki, bunu TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin deyib.

“Mənə elə gəlir ki, bu məlumatlara etibar etmək olar”, o, jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən deyib.

İranın Milli Nüvə Təhlükəsizliyi Mərkəzi iyunun 22-də ABŞ-ın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra radioaktiv çirklənmə əlamətlərinin qeydə alınmadığını açıqlayıb.

Bundan əvvəl İranın Atom Enerjisi Təşkilatı ABŞ Hərbi Hava Qüvvələrinin respublikanın nüvə obyektlərinə hücumunu təsdiqləyib. Onlar qeyd ediblər ki, bu hücum Beynəlxalq Atom Enerjisi Agentliyinin laqeydliyi nəticəsində mümkün olub.

İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İrandakı üç nüvə obyektinə, o cümlədən uranın zənginləşdirilməsi üzrə Fordo zavoduna zərbələr endirib.

Daha sonra ABŞ prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinin tamamilə məhv edildiyini açıqlayıb. Lakin Tehran ABŞ-ın hücumunun “effektiv olmadığını” qeyd edərək, Ağ Ev rəhbərinin sözlərini təkzib edib.

Bundan əvvəl Netanyahunun ofisi İrana qarşı hərbi əməliyyatın məqsədlərinə nail olunduğunu açıqlamışdı.

Nigar