Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
340
24.06.2025, 09:38
Canlılar tibbi olaraq öldükdən sonra belə, fərqli bir həyat formasında varlığını davam etdirə bilərmi? Alimlər bu sualın arxasınca gedirlər. Aparılan yeni tədqiqatlar həyat və ölüm anlayışımızı kökündən dəyişə bilər.
Oxu24.com xəbər verir ki, "The Conversation" nəşrində dərc edilən elmi məqaləyə əsasən, tədqiqatçılar orqanizmlərin ölümü sonrası hüceyrələrin hələ də fəaliyyət göstərə və hətta çevrilə biləcəyi ehtimalı üzərində çalışırlar. Ənənəvi olaraq ölüm, geri dönməyən son kimi qəbul olunurdu. Lakin son elmi nəticələr bu sərt tərifin yenidən nəzərdən keçirilməsinə səbəb olub.
Alimlərin müşahidələrinə əsasən, bir canlı öldükdən sonra belə bədənin bəzi hüceyrələri hələ də "yaşayır" və tamamilə fərqli formaya çevrilə bilir. Bu çevrilmə "yaşayan robotlar" olaraq tanınan, çoxhüceyrəli və yeni funksiyalara malik orqanizmlərlə özünü göstərir. Bu anlayış, hüceyrələrin orqanizmin bioloji ölümündən sonra belə aktiv qala biləcəyi və yeni funksiyalar qazana biləcəyi ehtimalını ortaya qoyur.
Bu "yaşayan robotlar"ın ən maraqlı nümunələrindən biri insanın ağciyər hüceyrələrindən əldə olunan "antrobotlar"dır. Təkcə ağciyər hüceyrələri, heç bir xarici müdaxilə olmadan birləşərək ətrafda hərəkət edə bilən və zədələnmiş sinir hüceyrələrini bərpa etmə qabiliyyətinə malik mürəkkəb strukturlar yaradır. Bu cür hüceyrə çevrilməsi və funksionallıq, ölümün yalnız fərdi orqanizm və şüur səviyyəsində bir son olduğunu, lakin hüceyrə səviyyəsində bir yenidənqurma və adaptasiya mərhələsinin başlanğıcı ola biləcəyini göstərir.
Bu kəşf, tibb, biologiya və regenerativ tibb sahələrində inqilabi tətbiqlərə yol aça bilər.
İnsanların geri qaytarılması hələ mümkün deyil
Bu yeni, "üçüncü mərhələ" adlandırılan halın yaranması ölüm anından keçən vaxt və maddələr mübadiləsi kimi müxtəlif amillərdən asılıdır. Araşdırmaçılar bu hüceyrəvi proseslərin tam başa düşülməsi üçün əlavə elmi işlərin aparılmasına ehtiyac olduğunu vurğulayırlar.
Bu kəşf təkcə həyat və ölümün bioloji sərhədlərini sarsıtmır, eyni zamanda etik və fəlsəfi müzakirələr üçün də ciddi zəmin yaradır. Gələcək tədqiqatlar bu sirli üçüncü mərhələnin mahiyyətini ortaya çıxararaq insan sağlamlığı və biotexnologiya üçün yeni imkanların qapısını aça bilər.
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.