Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ hərbçilərindən heç kim xəsarət almayıb

DÜNYA

107

23.06.2025, 22:11

Əl-Cəzirə Qətər Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İranın Qətərdəki ABŞ bazasına raket hücumu nəticəsində ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb.

“Nazirliyin bəyanatında deyilir ki, insident zamanı xəsarət alan olmayıb və bu, “silahlı qüvvələrin sayıqlığı və görülən ehtiyat tədbirləri” ilə izah olunur”, - nəşr yazır.

Bundan əvvəl İran ordusunun Qətərə doğru 6, ABŞ hərbi bazalarının yerləşdiyi İraqa isə daha bir raket atdığı bildirilirdi. Zərbələrlə əlaqədar Qətər hakimiyyəti təhlükəsizlik məqsədilə ölkənin hava məkanını müvəqqəti bağlamaq qərarına gəlib.

İranın yeni əməliyyatı “Qələbə müjdəsi” adlanır; Tehran bunu ABŞ-ın Qətər və İraqdakı obyektlərinə qarşı həyata keçirir. Xüsusilə Tehran Qətərdəki Əl-Udeid hərbi bazasına raket zərbəsi endirilməsi barədə məlumat verib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu vurğulayıb ki, İran heç bir halda öz ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qarşı heç bir hücumu cavabsız qoymayacaq.

Bundan əvvəl İranın ABŞ bazasına zərbə endirmək üçün raketlərin sayını necə seçdiyi məlum olub.

Nigar