Qaynar xətt:

(+99450) 247 90 86

İranda avropalı casus saxlanılıb

DÜNYA

114

23.06.2025, 18:31

İranın hüquq-mühafizə orqanları Avropa ölkəsinin vətəndaşını İsrail kəşfiyyat xidmətlərində işləmək ittihamı ilə həbs edib.

Həmədan vilayətinin prokuroru Abbas Nəcəfi bildirib.

"Casus ölkəyə turist adı altında daxil olub və İranda [kəşfiyyat] şəbəkələri yaratmaq, məlumat toplamaq və raketdən müdafiə sistemlərini sıradan çıxarmaq üzrə tapşırıqları yerinə yetirib", - İranın dövlət yayımı onun sözlərindən sitat gətirir.

Tasnim xəbər verir ki, İranın Lorestan əyalətində ölkənin qərbində Mossad-ın 10 “casusu” həbs edilib.

Məlumata görə, onlar hökumət əleyhinə təbliğat aparmaqda və İsrailin xeyrinə casusluqda ittiham olunurlar.

Nigar