Qaynar xətt:

(+99450) 247 90 86

İran ABŞ-ı hədələyir: 50 min əsgərinizi tabutda geri göndərəcəyik

DÜNYA

187

23.06.2025, 16:58

İrana yaxınlığı ilə tanınan dövlət televiziyası ABŞ prezidenti Donald Trampın Tehranda rejim dəyişikliyi çağırışından sonra sərt təhdid yayımlayıb.

Oxu24.com  xəbər  verir    ki, aparıcı Mehdi Xanəlizadə deyib ki, Tramp 50 min amerikalı əsgəri tabutda Vaşinqtona qaytarmağa hazırdır. Bu təhdid ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra yaranıb.

İran rəsmiləri bu hücumların ciddi nəticələr verəcəyini və İsraillə müharibədə bilavasitə iştirak etdikləri təqdirdə hədəf siyahısının genişlənəcəyini bildiriblər.

Digər tərəfdən Tramp dünən axşam Truth Social platformasında verdiyi açıqlamada İrandakı bütün nüvə obyektlərinin böyük ölçüdə məhv edildiyini və hücumların xüsusilə yeraltı sahələrinə ciddi ziyan vurduğunu bildirib. O, peykdən çəkilmiş görüntülərə əsaslandığını söylədiyi bəyanatında İranda rejim dəyişikliyini müdafiə edib.

İran mediası bu gün İsrailin Fordodakı nüvə obyektinə yeni hücuma keçdiyini bildirib. İsrail mənbələrinin məlumatına görə, hədəf obyektə gedən əsas yol olub.

Həmçinin İsrailin paytaxt Tehrana “görünməmiş güclə” hava zərbələri endirdiyi bildirilib. Bu hücumlarda Respublika Qvardiyasına aid hərbi qərargah vurulub və yüzlərlə elit əsgər və kəşfiyyatçının həyatını itirdiyi iddia edilib. Tehran səmasında yüksələn nəhəng tüstü buludları hücumun miqyasını üzə çıxarıb.

Nigar