Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-ın İrana hücumu fonunda Böyük Britaniya bazaları təhlükəsizliyi gücləndirir

DÜNYA

128

23.06.2025, 16:26

Britaniyanın müdafiə naziri Con Healey X sosial şəbəkəsindəki səhifəsində ABŞ ordusunun İrandakı obyektləri vurmasından sonra Britaniya hərbi bazaları təhlükəsizlik tədbirlərini gücləndirib.

"Böyük Britaniya personalının və bazalarının təhlükəsizliyi bizim əsas prioritetimizdir. Biz silahlı qüvvələrimizi mümkün qədər təhlükəsiz saxlayırıq və bu həftə əlavə təyyarələr yerləşdirmişik", - deyə nazir hansı bazalardan bəhs etdiyini açıqlamayıb.

O əlavə edib ki, Britaniya silahlı qüvvələrinin İrana endirilən zərbələrlə heç bir əlaqəsi yoxdur.

Bazar günü gecə ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib. Əsas hədəf uranın zənginləşdirilməsi zavodu olan Fordo idi. Onun sentrifuqa zalı 100 metrlik qayalıq və dəmir-beton təbəqə ilə örtülmüşdür ki, bu da onu faktiki olaraq bombardmanlara qarşı toxunulmaz edir.

İyunun 22-nə keçən gecə ABŞ-ın raket zərbələrindən əvvəl İranın Fordo nüvə zənginləşdirmə zavodundan avadanlıq və uranı çıxardığı bildirilir.

Bundan əvvəl İsrailin hücumundan sonra Tehranın işıqsız qaldığı bildirilirdi.

Nigar