Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ bazaları vurulacaq  - ŞOK məlumat sızdı 

DÜNYA

248

23.06.2025, 15:29

İranın dəstəklədiyi qruplar ABŞ-ın İraq və Suriyadakı bazalarına hücumlar hazırlayır.

Oxu24.com  xəbər  verir    ki,  bu  barədə   ABŞ ordusu və kəşfiyyat rəsmilərinə  istinadən  ABŞ mediası  məlumat  yayıb.

İyunun 22-də “The New York Times” adı açıqlanmayan ABŞ rəsmisinə istinadən xəbər verir ki, ABŞ ordusu və kəşfiyyat rəsmiləri İranın dəstəklədiyi qrupların İraq və ola bilsin Suriyadakı ABŞ bazalarına hücum etməyə hazırlaşdıqlarına dair əlamətlər əldə  ediblər.

Rəsmi bildirib ki, İraq rəsmiləri onları ABŞ bazalarına hücum etməkdən çəkindirmək üçün “hər cür səy göstərir”.

“The New York Times” daha ətraflı məlumat verməyib.

İranın “Mehr” və “Fars” xəbər agentlikləri İraqın “Əl-Maaloma” xəbər agentliyinə istinadən xəbər verir ki, Suriyanın qərbindəki Həsəkə əyalətinin Kasruk bölgəsindəki Amerika hərbi bazasına hücum edilib.

Bazanın minaatanlardan atəşə tutulduğu iddia edilir. Ona kimin atəş açdığı məlum deyil. Hücumdan sonra bazada təhlükəsizlik gücləndirilib. ABŞ səlahiyyətliləri öz bazalarına hücum barədə məlumat verməyiblər və İran agentliklərinin bəyanatlarını şərh etməyiblər.

Nigar