Qaynar xətt:

(+99450) 247 90 86

İranın itkiləri artdı

DÜNYA

106

22.06.2025, 22:51

İsrailin İranın şərqində yerləşən Yəzd vilayətinə endirdiyi hava zərbəsi nəticəsində İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) daha yeddi hərbçisi həlak olub.

Oxu24.com  xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, SEPAH üzvləri ilə yanaşı, iki çağırışçının da həyatını itirdiyi bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

“ISNA” agentliyinin məlumatına əsasən, insident nəticəsində bir neçə nəfər də yaralanıb.