Qaynar xətt:

(+99450) 247 90 86

Ukraynada müharibə nə zaman bitəcək? - Süni intellektin cavabı məyus etdi

Ukraynada müharibə nə zaman bitəcək? - Süni intellektin cavabı məyus etdi

DÜNYA

344

22.06.2025, 17:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukraynada genişmiqyaslı müharibə artıq dördüncü ildir davam edir. İndiyədək onun yaxın vaxtlarda sona çatacağına dair real əsaslar görünmür. ABŞ-da prezident dəyişsə də - Donald Trampın yenidən hakimiyyətə gəlməsi belə vəziyyəti yaxşılaşdırmayıb.

 xəbər verir ki, buna görə də UNIAN süni intellektə (Sİ) müraciət və ondan hazırkı vəziyyətə əsasən müharibənin nə zaman bitəcəyini proqnozlaşdırmasını istəyib.

Süni intellektin proqnozu - Müharibə nə vaxt bitəcək?

ChatGPT (GPT-4o modeli əsasında) 2025-ci ilin ortalarına dair faktlar və vəziyyətin analizi əsasında belə cavab verib:

"Döyüşlər ən azı 2025-ci ilin sonuna qədər, daha böyük ehtimalla isə 2026-cı ilə və ya daha sonrasına qədər davam edəcək".

Sİ bildirir ki, sülh sazişi imzalansa belə, bu, yaxın vaxtlarda baş verməyəcək və bu sənəd Ukraynanın 1991-ci il sərhədlərinin bərpasını təmin etməyəcək.

Bu qənaətə gətirən əsaslar aşağıdakılardır:

Hərbi dinamika

Rusiya hələ bütün məqsədlərinə çatmasa da, əhəmiyyətli hücum potensialını qoruyur. Ukrayna isə Qərbin davam edən dəstəyinə baxmayaraq, sursat və canlı qüvvə çatışmazlığı yaşayır. 2023-cü ilin əks-hücum əməliyyatı strateji dönüş yaratmadı. Tərəflərin hərbi resursları tədricən və paralel şəkildə tükənir - bu isə uzunmüddətli və gücdən salan mövqe savaşının davam edəcəyini göstərir.

Tərəflərin siyasi iradəsi

Rusiya uzunmüddətli müharibəyə hazır olduğunu nümayiş etdirir - resursları səfərbər edir, hərbi sənayeni gücləndirir və ərazi məsələlərində güzəştə getmək niyyətində deyil. Ukrayna isə Krım və Donbas məsələlərində geri çəkilməyə siyasi və mənəvi cəhətdən hazır deyil.

Qərb isə Ukraynaya dəstəyi davam etdirsə də, müharibədən yorğunluq əlamətləri göstərir. Bu, Ukraynaya hələlik "fəaliyyət üçün pəncərə" yaratsa da, cəbhədə dönüş baş verməzsə, həmin pəncərə zamanla bağlana bilər.

Danışıqların olmaması

2025-ci ilin ortasına qədər səmərəli sülh prosesi yoxdur.

"Heç bir tərəf kompromisə hazır olduğuna dair siqnal vermir. Sülh formulları (Ukrayna və Rusiya versiyaları) bir-birinə ziddir: biri tam hərbi çıxışı, digəri işğal olunmuş ərazilərin tanınmasını tələb edir", - deyə Sİ bildirir.

Çin, Türkiyə, Vatikan kimi üçüncü tərəf vasitəçilərinin təşəbbüsləri nəticə verməyib.

Qlobal vəziyyət

Dünya daha da sabit olmayan fazaya keçir: Asiya və Yaxın Şərqdə gərginlik artır, ABŞ və Aİ-də seçki prosesləri diqqəti yayındırır. NATO Rusiya ilə toqquşmaya hazırlığını artırsa da, Ukrayna müharibəsinə birbaşa müdaxilədən yayınır. Rusiya isə uzunmüddətli müharibə və Qərbin sabitliyinin pozulmasına ümid edir.

Alternativ senari

Sİ onu da vurğulayır ki, hadisələrin inkişafı qəfildən dəyişə bilər - əgər:

Rusiyada daxili siyasi böhran baş versə;

 Ukrayna cəbhədə strateji dönüş yaratsa;

 

Qərb və qlobal güclər diplomatik və iqtisadi təzyiqlə tərəfləri danışıqlara məcbur etsə.

Amma 2025-ci ilin ortasında bu şərtlərin heç biri gerçəkləşməyib.

Claude adlı Sİ-nin qiymətləndirməsi

Sonnet 4 modeli əsasında çalışan Claude Sİ hesab edir ki, 2025-2026-cı illər ərzində müharibə aktiv fazadan çıxaraq "dondurulmuş münaqişə" mərhələsinə keçə bilər.

"Tam tənzimləmə isə 5-10 il çəkə bilər və bunun üçün siyasi elitaların dəyişməsi və ya beynəlxalq şəraitin radikal dəyişməsi lazımdır. Əsas rol isə yeni ABŞ administrasiyasının mövqeyinə və tərəflərin real danışıqlara hazırlığına məxsusdur".

Müharibənin dəqiq bitmə tarixi yoxdur

Sİ bildirir ki, dəqiq tarix göstərmək mümkün deyil, çünki "vəziyyət çox mürəkkəbdir" və "çoxsaylı faktorlardan asılıdır" - döyüşlərin gedişatı, beynəlxalq diplomatiya və tərəflərin mövqeləri daxil olmaqla.

Fərqli Sİ-lər təxmini olaraq 2025-ci ilin sonunu və ya 2026-cı ilin əvvəlini qeyd etsələr də, bu tarixlər yalnız ehtimallardır.

Beynəlxalq analitiklər də təsdiqləyirlər ki, passiv və qeyri-effektiv diplomatiya müharibəni daha illərlə uzada bilər.Milli.Az

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0