Qaynar xətt:

(+99450) 247 90 86

Qazaxıstan kompyüter  istehsal edəcək 

DÜNYA

160

22.06.2025, 14:14

Qazaxıstan Respublikası  NVIDIA H200 bazası üzərində öz kompyüterinin istehsalına başlayacaq. 

Bu öz instaqram səhifəsində   “Qazaxtelekom”  Aksioner Cəmiyyətinin İdarə heyətinin sədri Bağdad Musin yazıb. 

O bildirib ki,  “Qazaxıstanın gələcəyi”nin dəmir bazası   uğurla ölkəmizə çatıb.  O qeyd edib ki, superkompyüter texnikasının yığımına hazırıq. Video kartlar da yerindədir. Çox yaxın günlərdə Almatıda  “Qazaxtelekom”un data-mərkəzində  ilk montaj işlərinə başlanılır. 10 gündən sonra istehsal müəssisəsi  işə düşəcək.  Yeni kompüyetrlərin İstehsal  göstəriciləri isə belə olacaq: 6,7 milyon CUDA-yader, 1600 petaflop və onlarla terbayt GRU- yaddaş.

Cənab Bağdad Musin onu da əlavə edib ki, Ölkənin bütün dövlət orqanları və müəssisələri bu kompyuterlərdən yararlanacaq.  "Texnogen qəzaları və riskləri onlar baş verməzdən çox əvvəl modelləşdirmək, gələcək illər üçün şəhərlərdə nəqliyyatın hərəkətini hesablamaq, böyük məlumat dəstləri əsasında həkimlərə daha sürətli diaqnoz qoymağa, qazax dilini, mədəniyyətini, tarixini və müasir kontekstini anlayan böyük dil modellərini öyrətmək mümkün olacaq. Və təbii ki, xarici serverlərdən asılı olmadan öz süni intellekt məhsullarımızı işə salmaq mümkün olacaq"