Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ-da Ukrayna ilə bağlı qərarları yalnız Tramp qəbul edir

DÜNYA

136

20.06.2025, 23:31

ABŞ-da Rusiya və Ukrayna arasında münaqişə ilə bağlı qərarları eksklüziv olaraq prezident Donald Tramp verəcək.

Oxu24.com  xəbər verir   ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.

“Yalnız prezident Tramp Rusiya və Ukrayna arasında münaqişənin necə davam edəcəyinə qərar verə bilər”, - Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

O, əlavə edib ki, ABŞ Moskva və Kiyev arasında danışıqları diqqətlə izləyir və prosesdə iştirakını davam etdirir. Onun sözlərinə görə, “bu münaqişəyə son qoymağın yeganə yolu hər iki tərəfin görüşüb razılığa gəlməsidir”.

Nigar