Qaynar xətt:

(+99450) 247 90 86

İsrail tərəfi görüntüləri yaydı: Vurulan mərkəz nədir?

DÜNYA

350

20.06.2025, 15:06

İsrail Müdafiə Qüvvələrinə (IDF) məxsus pilotsuz uçan aparat İranın Arakdakı  su nüvə reaktoruna endirilən zərbədən sonrakı görüntüləri çəkib.

Oxu24.com  xəbər  verir    ki, görüntülər ID-nin Telegram kanalında yerləşdirilib.

IDF-nin zərbə ilə bağlı şərhində vurğulanıb ki, nüvə reaktoru hücum zamanı istifadə olunmayıb.

Görüntülərdən görünür ki, reaktorun günbəzində dəlik yaranıb, kompleksin ərazisindəki bir neçə qüllə və digər obyektlər də zədələnib. 

“Axios” nəşri mənbələrə istinadən daha əvvəl məlumat vermişdi ki, ABŞ İranın Fordodakı nüvə obyektini dünyanın ən güclü qeyri-nüvə bombası ilə vura bilər. Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfləri gərginliyi azaltmağa çağırıb və belə bir addımı lüzumsuz adlandırıb.

Bundan əvvəl “The Economist” yazıb ki, İsrail İslam İnqilabı Keşikçiləri Korpusunun nüvə başlığını raketlə birləşdirməyə hazırlaşması ilə bağlı məlumatlara görə İranla müharibəyə başlayıb. İyunun 19-da axşam Ağ Ev bəyan etdi ki, İrana nüvə silahı yaratmaq üçün bir neçə həftə lazım olacaq. Bu fonda Fox News xəbər verib ki, ABŞ İranda taktiki nüvə silahından istifadəni istisna etmir.

Daha  öncə    İran   yeni  xəbərdarlıq yaymışdı 

Nigar

Nigar