Qaynar xətt:

(+99450) 247 90 86

İran MAQATE rəhbərinə qarşı hüquqi tədbir görəcək

DÜNYA

96

19.06.2025, 22:56

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossinin İsrailin zərbələrindən sonra heç bir tədbir görməməsinə cavab olaraq İran qanuni addımlar atmaq niyyətindədir.

Oxu24.com  xəbər  verir  ki, bu barədə  Fars xəbər agentliyi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslamiyə istinadən məlumat yayıb.

“Hərəkətsizliyinizə dərhal son qoymaq və beynəlxalq hüququn bütün normalarına zidd olan İsrail rejiminin təcavüzünü pisləməklə öz hüquqi öhdəliklərinizi yerinə yetirmək lazımdır”, - Eslami Qrossiyə  bildirib.

Onun sözlərinə görə, İran öz suveren hüquqlarını qorumaq üçün lazımi tədbirlər görəcək və "xüsusilə Qrossinin hərəkətsizliyi ilə bağlı" müvafiq hüquqi addımlar atacaq.

Qrossi daha əvvəl bildirmişdi ki, İsrail İranın nüvə obyektlərinə zərbələr endirdikdən sonra radiasiya sızması riski var. MAQATE-nin baş direktoru xatırladıb ki, İranda atom elektrik stansiyaları da daxil olmaqla, nüvə ilə bağlı başqa obyektlər də var ki, onlara heç bir halda hücum etmək olmaz.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi İranın nüvə infrastrukturuna təhlükə ilə bağlı məlumatları izlədiyini açıqlamışdı.

Nigar