Qaynar xətt:

(+99450) 247 90 86

Kreml Putinin növbəti xaricə səfərini açıqlayıb

DÜNYA

101

19.06.2025, 21:27

Rusiya prezidenti Vladimir Putin xaricə növbəti səfərini Minskdə keçiriləcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitinə planlaşdırır.

Oxu24.com   xəbər  verir   ki, bu barədə TASS-a müsahibəsində prezidentin köməkçisi Yuri Uşakov bildirib.

"Hər şey hazırlanır. Bu, Minsk şəhəri, Aİİ sammiti olacaq", - o qeyd edib.

Bu tədbirin iyunun 27-də Belarusun paytaxtında keçirilməsi planlaşdırılır.

Bu gün məlum olub ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) forumunda videokonfrans vasitəsilə iştirak edəcək. Bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib. Eyni zamanda, tədbirdə Aİİ üzvü olan ölkələrin digər liderləri, o cümlədən Rusiya, Qırğızıstan və Qazaxıstan prezidentləri - Vladimir Putin, Sadır Japarov və Kasım-Jomart Tokayev şəxsən iştirak edəcəklər. Forum çərçivəsində Belarus prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə plenar iclasın keçirilməsi də planlaşdırılır.

Bundan əvvəl Moldovanın keçmiş baş naziri Aİİ-nin işində iştirak etməməsi səbəbindən ölkənin itkiləri barədə danışıb.

Nigar