Qaynar xətt:

(+99450) 247 90 86

Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir

Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir

DÜNYA

424

18.06.2025, 23:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Alimlər Antarktida buzlaqlarının altından gəldiyi düşünülən müəmmalı radio siqnalları qeydə alıb. Ən qəribə məqam isə bu siqnalların nə olduğu ilə bağlı heç bir fikrin olmamasıdır.

Oxu24.com xəbər verir ki, stratosfer qatına göndərilmiş bir hava şarı vasitəsilə Antarktida üzərində ölçmə aparan elmi qrup, şarın üzərində yerləşdirilmiş cihazlarla qəribə radio siqnalları aşkarlayıb.

Xüsusilə, üfüq xəttinin altından – yəni buzlaqların dərinliklərindən gəldiyi qeyd edilən iki "anormal” radio siqnalı elmi camiədə böyük maraq doğurub. Hesablamalara görə, bu radio siqnallarının qeydə alına bilməsi üçün onların 6.000–7.000 kilometr qalınlığında süxur təbəqəsindən keçməsi tələb olunur ki, bu da mövcud hissəcik fizikası qanunlarına görə olduqca çətin bir ssenaridir.

Tədqiqatçılar bu siqnalların neytrinolarla əlaqəli olmadığından şübhələnir və digər tanınmış hissəciklərin də mümkün səbəb olaraq istisna edildiyini bildirirlər. Hələlik bu müəmmalı siqnalların mənbəyi ilə bağlı dəqiq açıqlama verilməsə də, bu kəşfin tamamilə yeni bir fizika sahəsinin əsasını qoya biləcəyi ehtimalı irəli sürülür.

"IceCube” təcrübəsi və "Pierre Auger” rəsədxanası kimi digər neytrino müşahidə mərkəzlərindən alınan məlumatları incələyən qrup, eyni şəkildə yuxarı istiqamətdə hərəkət edən hissəciklərə rast gəlmədiklərini və balonun qeydə aldığı siqnalları izah edə biləcək heç bir sübut tapmadıqlarını açıqlayıb.

Alimlər bu anomal hadisələrin kainatın iş prinsipləri ilə bağlı mövcud anlayışımızı dəyişdirmə potensialına sahib olduğunu da vurğulayırlar.

Bu tapıntılar, Antarktikanın yalnız coğrafi baxımdan deyil, həm də elmi kəşflər baxımından da dərin sirrlərə sahib olduğunu bir daha təsdiqləyir. Qeyri-adi radio siqnallarının arxasındakı həqiqətin ortaya çıxarılması hissəcik fizikası və kosmologiya sahələrində əhəmiyyətli irəliləyişlərə yol aça bilər. Tədqiqatlar davam etdikcə, dünyanın müxtəlif ölkələrindən olan alimlər bu nadir fenomeni böyük maraqla izləyirlər.Qaynarinfo 

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

21:11 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Salyanda avtomobil piyadanı vuraraq öldürüb 

128

0
Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

130

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

153

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

133

0
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

155

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

147

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

149

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

254

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

141

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

1077

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

140

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

145

0