Qaynar xətt:

(+99450) 247 90 86

Tehranda partlayışlar baş verib

DÜNYA

125

18.06.2025, 17:00

Nour News xəbər verir ki, İranın paytaxtı Tehranın şərq hissəsində partlayışlar baş verib.

 Tehranın şərqində bəzi ərazilərdə partlayış səsləri eşidilib.

İyunun 18-də səhər saatlarında İranın hüquq-mühafizə orqanları Tehranın cənub ətrafının Rey şəhərində naməlum şəxslər tərəfindən planlaşdırılan silsilə terror aktlarının qarşısını alıblar. Mehr-in məlumatına görə, hücumları hazırlayan qrupun İsrail kəşfiyyat xidməti Mossad ilə əlaqəsi olduğu güman edilir.

İyunun 13-nə keçən gecə İsrail “Rising Lion” əməliyyatına başlayıb və bu əməliyyat zamanı İrandakı nüvə və hərbi obyektlərə hücum edib. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, həmçinin iranlı generalların yerləşdiyi yerləri hədəf alıb. Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu cavab əməliyyatına başladığını elan etdi. Bu, "True Promise 3" adlanır.

Ölkələr arasında münaqişə beşinci gündür ki, davam edir. 

Nigar