Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1758
18.06.2025, 15:58
İran hökuməti İsrailin iranlı alimlərə və yüksək rütbəli komandirlərə qarşı sui-qəsd hücumlarında mobil telefon izləməsindən istifadə etdiyini bildirərək, ictimaiyyəti WhatsApp, Telegram və oxşar məkana əsaslanan proqramlardan istifadə etməmək barədə xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, İran hökuməti tətbiqlərdən müharibə şəraitində istifadənin təhlükəli olduğunu bildirib və vətəndaşlardan hərəkət etməzdən əvvəl mobil telefonlarını söndürmələrini istəyib.
İsrailin İran komandirlərini necə öldürdüyü xəbərdarlığı ictimaiyyətə açıqlanıb
İsrailin iranlı alimlərə və yüksək səviyyəli komandirlərə qarşı sui-qəsd hücumlarında cib telefonu ilə izləmə apardığı üzə çıxıb.
"İnsanlar cib telefonlarını həssas yerlərə aparmaqdan çəkinməlidirlər. Xüsusilə həssas qurumların işçiləri təhlükəsiz telekommunikasiya xətlərindən istifadə etməli və etibarsız proqramlardan istifadə etməməlidirlər",-deyə rəsmi açıqlamada qeyd olunub.
“The New York Times”ın əldə etdiyi şəxsi mesajlarda bəzi İran rəsmilərinin qəzəblə “Hava müdafiə sistemlərimiz haradadır?” sualını verdiyi bildirilir.
"İsrail bizim kritik hədəflərimizi bu qədər asanlıqla necə vura bilər?" kimi mesajlar rəsmi şəxslər tərəfindən bir-birlərinə göndərilib.
Bildirilib ki, hücum gecəsi yüksək rütbəli komandirlər təhlükəsiz evlər əvəzinə öz evlərində olublar, Hacızadə və komandası isə “bir yerə toplaşmamaq” göstərişinə məhəl qoymadan Tehrandakı hərbi bazada görüş keçirib. Hacızadə və digər yüksək vəzifəli şəxslər İsrailin bazaya hücumu nəticəsində həyatını itirib.
İranın Kibertəhlükəsizlik Komandanlığı verdiyi açıqlamada, İsrailin İran xalqına təqdim edilən onlayn xidmətləri pozmaq məqsədi ilə İranın rəqəmsal infrastrukturuna genişmiqyaslı kiberhücum təşkil etdiyini bildirib.
Kiber Təhlükəsizlik Komandanlığı İsrailin “kiber müharibəsi”nə qarşı tədbirlərin görüldüyünü və hücumların əksəriyyətinin uğurla dəf edildiyini açıqlayıb. Komandanlıq bildirib ki, tədbirlər İsrailin “kiber təbəqələrə nüfuz etməsinin və kiber və hərbi əməliyyatlar aparmaq üçün infrastrukturdan istifadəni davam etdirməsinin” qarşısını almaq üçün həyata keçirilib.
İranın ən böyük bankı Bank Sepah bu gün səhər saatlarında kiberhücumların hədəfi olub. Hücuma görə məsuliyyəti İsraillə əlaqəsi olan bir haker təşkilatı öz üzərinə götürərək "Bank Sepah-ın bütün məlumatlarını məhv etdik" deyib.
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərini, eləcə də ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İran Baş Qərargah rəisi Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami və bir neçə yüksək səviyyəli komandir, həmçinin 9 nüvə alimi həyatını itirib, mülki vətəndaşların ümumi sayının isə 224 olduğu açıqlanıb.
Bundan öncə "Kamaz" şoferlərinin İranı İsrailə satdığı qeyd olunurdu.
Miri
00:38 / 18 Noyabr 2026
81
23:54 / 17 Noyabr 2026
112
23:36 / 17 Noyabr 2026
122
23:10 / 17 Noyabr 2026
115
23:03 / 17 Noyabr 2026
218
22:45 / 17 Noyabr 2026
121
22:22 / 17 Noyabr 2026
117
22:08 / 17 Noyabr 2026
266
21:51 / 17 Noyabr 2026
124
21:38 / 17 Noyabr 2026
130
21:20 / 17 Noyabr 2026
126
21:11 / 17 Noyabr 2026
128
20:45 / 17 Noyabr 2026
130
20:39 / 17 Noyabr 2026
153
20:23 / 17 Noyabr 2026
133
20:12 / 17 Noyabr 2026
155
19:59 / 17 Noyabr 2026
147
19:51 / 17 Noyabr 2026
149
19:40 / 17 Noyabr 2026
254
19:39 / 17 Noyabr 2026
141
19:28 / 17 Noyabr 2026
1077
19:21 / 17 Noyabr 2026
140
19:14 / 17 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.