Liderlər görüşür - Nə dəyişəcək?
13 Dekabr 2025, 15:47
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
4344
18.06.2025, 15:25
Yaxın Şərqdə gərginlik artarkən, İsrailin İrandakı nüvə obyektlərinə hücumları dünya gündəmini məşğul etməkdə davam edir.
Oxu24.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi 6 gündür davam edən qarşıdurmalarla bağlı diqqətçəkən açıqlama verib.
Rusiya prezidenti Vladimir Putin “Səbrimiz tükənmək üzrədir” mesajını verib.
Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) sadiqliyi davam edir və onun danışıqlar prosesi ilə bağlı açıq mövqeyinə göz yummaq olmaz. Bəyanatda İsrailin nüvə obyektlərinə hücumları “qanunsuz” kimi qiymətləndirilib və bu hərəkətlərin beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaratdığı bildirilib.
Moskva həmçinin İsrailin hücumlarının dünyanı nüvə fəlakətinin astanasına gətirdiyini vurğulayıb və Təl-Əviv administrasiyasını sağlam düşüncədən istifadə etməyə çağırıb. İranın nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nəzarətində olduğu xatırladılıb. Bəyanatda hücumları dəstəkləyən ölkələrin də bu hərəkətlərdə şərik olduğu açıq şəkildə ifadə edilib.
Rusiya prezidenti Vladimir Putin İsrailin region ölkələrini fəlakətə sürüklədiyini bəyan edib. Putin "Sağlam düşüncə çağırışlarına qulaq asmayan İsrail indi səbrin sərhədlərini sınayır" deyərək gərginliyin daha da arta biləcəyi mesajını verib.
Həmçinin oxuyun
Hadisələrlə bağlı MAQATE-dən də açıqlama gəlib. Qurumun X sosial media platformasında verdiyi açıqlamaya görə, İsrailin 13 iyun hücumlarından sonra əldə edilən yüksək keyfiyyətli peyk görüntülərində Natanz Nüvə Təsislərinin yeraltı bölmələrində uranın zənginləşdirilməsi proseslərinin təsirləndiyini göstərən elementlər var. Bununla belə, MAQATE-nin direktoru Rafael Mariano Qrossi yeraltı hissədə heç bir fiziki zərərin aşkar edilmədiyini, yalnız yerüstü tikililərin zədələndiyini açıqlayıb. Digər tərəfdən, İsfahan və Fordo obyektlərində heç bir dəyişiklik müşahidə edilməyib.
Qeyd edək ki,Xamneyi bundan öncə ABŞ-yə cavab vermişdi.
Miri
17:43 / 13 Dekabr 2025
63
17:09 / 13 Dekabr 2025
33
16:55 / 13 Dekabr 2025
128
15:58 / 13 Dekabr 2025
58
15:47 / 13 Dekabr 2025
58
15:39 / 13 Dekabr 2025
72
15:08 / 13 Dekabr 2025
1880
14:50 / 13 Dekabr 2025
71
14:38 / 13 Dekabr 2025
105
14:28 / 13 Dekabr 2025
93
14:22 / 13 Dekabr 2025
85
14:12 / 13 Dekabr 2025
271
13:14 / 13 Dekabr 2025
1463
13:07 / 13 Dekabr 2025
937
12:58 / 13 Dekabr 2025
702
12:16 / 13 Dekabr 2025
1177
12:08 / 13 Dekabr 2025
135
11:44 / 13 Dekabr 2025
90
11:30 / 13 Dekabr 2025
112
11:09 / 13 Dekabr 2025
982
11:07 / 13 Dekabr 2025
443
10:25 / 13 Dekabr 2025
1188
09:15 / 13 Dekabr 2025
911
09:06 / 13 Dekabr 2025
1092
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.