Qaynar xətt:

(+99450) 247 90 86

"KAMAZ" şoferləri  İsrailə işləyirmiş   —   ŞOK DETALLAR 

DÜNYA

1213

18.06.2025, 15:13

İsrail yük maşını sürənləri ələ alaraq onlardan agent kimi istifadə edirmiş.

Oxu24.com  xəbər verir   ki, İran İşçi Xəbər Agentliyinin (ILNA) məlumatına görə, İran Yük Maşınları Sürücüləri Assosiasiyasının vitse-prezidenti Cəlal Musəvi  son günlər ölkəsində Mossad agenti olduqları səbəbilə saxlanılan yük maşını sürücülərindən danışıb.

Musəvi, "Bəzi Mossad agentlərinin son 3 ildə İranda yük maşını sürücüsü olduğu müəyyən edilib", deyə O,bildirib.

İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərindəki nüvə obyektlərinə irimiqyaslı hücumlar həyata keçirərək ordunun yüksək komandanlığını, eləcə də hərbçiləri hədəfə alıb.

İranda Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı, bəzi yüksək rütbəli komandirlər və 9 nüvə alimi hücumlarda həlak olub, mülki itkilərin ümumi sayı isə 224 olaraq açıqlanıb.

İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.

Ölkənin müxtəlif şəhərlərində İsrailin xarici kəşfiyyat xidməti Mossad-ın agentləri olduqları üçün çoxlu sayda adam saxlanılıb.

Nigar