Qaynar xətt:

(+99450) 247 90 86

Tramp danışıqlar üçün Belarusa xüsusi elçi göndərəcək

DÜNYA

82

18.06.2025, 12:58

ABŞ prezidenti Donald Tramp administrasiyasının yüksək rütbəli məmuru yaxın günlərdə Belarusa səfər edərək ölkə prezidenti Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.

Oxu24.com  xəbər  verir   ki, bu barədə dörd məlumatlı mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu görüş Ukrayna və Rusiya arasında atəşkəs danışıqlarının nəzərəçarpacaq nəticə verməməsi fonunda təşkil olunub.

Xəbərdə deyilir ki, ABŞ-ın Ukraynadakı nümayəndəsi Keyt Kelloq Lukaşenko ilə görüşsə, o, son illərdə respublikaya səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olacaq.

Mayın əvvəlində Lukaşenko bildirib ki, Moskva çoxdan Kiyevlə təkcə barışıq deyil, sülh bağlamağa hazırdır.

Rusiya ilə Ukrayna arasında 2022-ci ildən bəri ilk birbaşa danışıqlar 2025-ci il mayın 16-da İstanbulda baş tutub və iki saata yaxın davam edib. Nümayəndə heyətləri ən böyük məhbus mübadiləsinin keçirilməsi barədə razılığa gəliblər. Danışıqların ikinci mərhələsi iyunun 2-də baş tutub.

Bundan əvvəl Kreml Ukrayna ilə danışıqların mümkün yeni mərhələsini şərh edib.

Nigar