Qaynar xətt:

(+99450) 247 90 86

İranda vəziyyət nə yerdədir?   —   AÇIQLAMA 

DÜNYA

81

18.06.2025, 11:48

İsrailin zərbələri fonunda İranın nüvə obyektlərində vəziyyət yaxşıdır.

Oxu24.com  xəbər verir ki, bunu ölkənin vitse-prezidenti, İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami deyib.

İyunun 18-də səhər saatlarında İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, son saatlar ərzində 50-dən çox İsrail qırıcısı Tehran ərazisindəki hərbi istehsal obyektlərinə silsilə hücumlar həyata keçirib. Sentrifuqa istehsalı müəssisəsi və silah istehsalı obyektlərinə hücum edilib.

İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək, “Rising Lion” əməliyyatına başlayıb. Zərbələr nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də iranlı generalların yerləşdiyi yerləri hədəf alıb.

Həmin gün axşam saatlarında İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd – 3” adlı cavab əməliyyatının başladığını elan edib. İsrailə qarşı raket zərbələri endirilib.

İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

Bundan əvvəl İranın Ali Rəhbəri iki kəlmə ilə İsraillə münaqişənin yeni mərhələsini elan etmişdi.

Nigar