Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Əhmədinejadın ofisi açıqlama yaydı - Yeniləndi

DÜNYA

3081

17.06.2025, 22:58

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər yalandır.

Oxu24.com  xəbər  verir   ki,  bu  barədə  İRNA xəbər agentliyi Əhmədinejadın ofisinə istinadən məlumat yayıb.

"Cənab Əhmədinejadın ölümü ilə bağlı internetdə yayılan xəbərlər həqiqətə uyğun deyil", - Əhmədinejadın ofisi bildirib.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Tehranda küçədə öldürülməsi ilə bağlı məlumat bir neçə KİV-də yayılıb və sosial şəbəkələrdə yayılıb.

Bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi İranın hələ də İsrailə qarşı ciddi əməliyyatlar keçirmədiyini bildirib.

İyunun 13-nə keçən gecə İsrail İranın nüvə və hərbi obyektlərinə zərbələr endirərək “Yüksələn Aslan” əməliyyatına başlayıb. Buna cavab olaraq İran “Doğru vəd 3” əməliyyatına başlayıb və İsraildəki hərbi obyektlərə zərbələr endirir.

Hər iki ölkədəki zərbələr nəticəsində onlarla insan yaralanıb. İran və İsrail bir-birinə hücumlarını davam etdirir.

Miri