İngiltərədə saxlanılanların sayı 521-ə çatıb
11 Avqust 2025, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86Xomenei öldürülsə, İranda nələr baş verəcək? - ŞOK TƏFƏRRÜAT
DÜNYA
725
16.06.2025, 12:57
“İranın ali dini lideri müharibə zamanı ölərsə, bu hadisə ölkə daxilində həm sosial, həm də siyasi baxımdan ciddi dəyişikliklərə yol aça bilər. İran dini ideologiya ilə idarə edilən ölkə olduğundan, ali liderin ölümü cəmiyyətin bir hissəsinin xarici düşmənə qarşı birləşməsi ilə nəticələnir”.
Bu fikirləri KONKRET.az-a Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov şərh edib:
“Dini liderin ölkədəki rolu prezidentdən qat-qat güclüdür. İranın siyasi sistemində əsas qərarları prezident deyil, Ayətullah verir. Müharibə zamanı onun həyatını itirməsi ölkədə qərar qəbuletmə prosesində boşluq yarada bilər. Onsuzda müharibənin ilk günlərində İranın bir sıra yüksək rütbəli şəxsləri hədəf alınaraq aradan götürülmüşdü. Belə bir şəraitdə dini liderin də yoxluğu ölkədə xaosa səbəb olar.
Bu durumda İranda hakimiyyətin hərbi çevriliş yolu ilə SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) əlinə keçməsi ehtimalı yüksəkdir. SEPAH hazırda ölkədə güclü struktura malikdir və böhran vəziyyətində hakimiyyətə nəzarəti ələ almağa çalışar. Bu isə İranda hərbi diktatura rejiminin yaranmasına gətirib çıxarır.
Digər tərəfdən, dini liderin yoxluğu uzun illər zor gücü ilə yatırılan daxili narazılıqların yenidən alovlanmasına səbəb olur. Xalq arasında molla rejiminə qarşı narazılıqların artdığı bir dövrdə, belə bir sarsıntı kütləvi iğtişaşlara səbəb ola bilər. Bundan istifadə edən müxalif qüvvələr, xüsusilə də İsrailin dəstəyi ilə rejimi dəyişmək üçün fürsət əldə edə bilərlər”.
Həmçinin oxuyun
Politoloq qeyd edib ki, Xomeneinin öldürülməsi, İran daxilindəki milli azlıqların mövqeyini gücləndirə bilər. Bu bölgələrdə müstəqillik tələbləri ilə çıxış edən qrupların fəaliyyəti artacaq və ölkədə parçalanma riski yaranacaq.
“Ali dini liderin olmaması həm də İranın xaricdəki təsir gücünü zəiflədə bilər. Suriyada, İraqda, Livanda və Fələstində İranın dəstəklədiyi qruplar bu ideoloji liderlikdən məhrum qalaraq zəifləyər. İranın şiə təəssübkeşliyi üzərindən yaratdığı regional güc balansı dəyişər.
Eyni zamanda, İran şiəliyin əsas mərkəzlərindən biri olsa da, dini liderin yoxluğu şiə dünyasında liderlik uğrunda İran və İraq arasında rəqabəti artıracaq. Bu da şiə cərəyanında parçalanmalara və ideoloji dağılmalara səbəb olacaq.
Bütün bu daxili və xarici amillər nəticə etibarilə İranın zəifləməsinə və müharibənin ölkənin məğlubiyyəti ilə nəticələnməsinə gətirib çıxara bilər”.
14:35 / 11 Avqust 2025
Prezidentdən sədrlə bağlı SƏRƏNCAM
1
14:18 / 11 Avqust 2025
Prezident Qanun imzaladı
20
14:10 / 11 Avqust 2025
Bakıda tükürpədici hadisə: Öldürdükləri adamı hissələrə ayırdılar
164
14:01 / 11 Avqust 2025
Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib
29
11:59 / 11 Avqust 2025
AYB Prezident İlham Əliyevə məktub göndərib
41
11:39 / 11 Avqust 2025
Prezident sərəncam imzaladı
520
11:34 / 11 Avqust 2025
İngiltərədə saxlanılanların sayı 521-ə çatıb
44
11:22 / 11 Avqust 2025
Rusiya uçuşları dayandırdı
37
11:07 / 11 Avqust 2025
Pensiya alanlara ŞAD XƏBƏR
479
11:04 / 11 Avqust 2025
Baş prokuror Xaçmaza gedir
40
10:45 / 11 Avqust 2025
Britaniya Ukraynanın ərazilərini Rusiyaya verməkdən imtina etməsini tənqid edir
53
10:41 / 11 Avqust 2025
Netanyahu Qəzza müharibəsinə son qoymağın “ən yaxşı yolu” adlandırıb
44
10:32 / 11 Avqust 2025
Əsgər Bəkiyevin intiharının detalları - Cibindən məktub çıxıb...
201
10:09 / 11 Avqust 2025
Soyuq havalarda dırnaq ətrafında göbələk riski artır – Xalq təbabətinə əsaslanan 3 effektiv üsul
48
10:07 / 11 Avqust 2025
İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər - ŞƏRH
549
10:02 / 11 Avqust 2025
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul edəcək
201
09:56 / 11 Avqust 2025
Zəlzələ məscidin minarəsini dağıtdı
47
09:51 / 11 Avqust 2025
“Bütün Ukraynanın dua etdiyi” məlum olub
45
09:50 / 11 Avqust 2025
Saç əkdirməyə ehtiyac yoxdur - 3 aya tük çıxardır
48
09:42 / 11 Avqust 2025
Rubl görün neçəyə oldu
50
09:40 / 11 Avqust 2025
Xroniki bel ağrılarının qarşısını almağın açarı: Gündə 100 dəqiqə sadə gəzinti
53
09:30 / 11 Avqust 2025
Bu gün ali məktəblərə ixtisas seçimi başlayır - BU LİNKDƏN İSTİFADƏ EDİN!
141
09:30 / 11 Avqust 2025
Uğurlu günün sirri: Erkən oyanmaq və düzgün səhər rutini
51
09:20 / 11 Avqust 2025
Tıxacda maşını necə sürək ki, benzin az işlənsin?
72
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.