Qaynar xətt:

(+99450) 247 90 86

İsrailə hansı ölkələr kömək edib?

news/2025_06_15/0c2d2723_55c4_36c9_b97d_d66afdd33678_850_1749995585.jpg

DÜNYA

302

15.06.2025, 17:51

ABŞ və Avropanın bir sıra ölkələri İsrailə İrana hücumlar etməzdən əvvəl kəşfiyyat məlumatı verib.

Oxu24.com-un  məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.

"Bu vəhşi hücumların qarşısını almaq əvəzinə, biz onların, ABŞ və Avropanın bir sıra ölkələrinin İsrailə necə siyasi dəstək, o cümlədən silah və kəşfiyyat məlumatları ilə yardım etdiyini görürük. Bu gün İsrailin ixtiyarında olan və bizə qarşı istifadə etdiyi təyyarələr, raketlər və silahlar eyni dövlətlər tərəfindən təmin edilib", - Pezeşkian bildirib.

Onun sözlərinə görə, Amerika rəsmilərindən biri İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində deyib ki, İsrail ABŞ-nin icazəsi olmadan heç bir hərəkətə qadir deyil”.