Rusiya Türkiyə gəmisinə zərbə endirdi
12 Dekabr 2025, 22:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
117
10.06.2025, 16:30
10–11 iyun 2025-ci il tarixlərində Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondu və Türküstan Vilayətinin Akiminin Birgə Dəstəyi ilə “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.
Qazaxıstanın Türküstan şəhərində keçirilən “Türk Dünyasının Memarları və Bərpaçıları” adlı II Beynəlxalq Simpoziumun təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayətinin Akimi Nuralxan Kuşerov, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.
Plenar iclas çərçivəsində Türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.
Simpoziumun gedişatı “Türk mədəni irsinin abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi” və “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında panel sessiyaları ilə davam edib. Sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mütəxəssislər öz təcrübələrini bölüşüblər. Azərbaycanı bu simpoziumda tanınmış alim AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Zaur Həsənov təmsil edi9b.
Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən «Мың заман – бір Түркістан» adlı musiqili tamaşa olub.
Simpoziumun proqramı çərçivəsində Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonu üzrə səfər də təşkil edilib ki, bu da iştirakçılara türk memarlıq ənənəsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı yaradıb.
Tədbir türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.

Həmçinin oxuyun
15:08 / 13 Dekabr 2025
1
14:50 / 13 Dekabr 2025
23
14:38 / 13 Dekabr 2025
37
14:28 / 13 Dekabr 2025
41
14:22 / 13 Dekabr 2025
40
14:12 / 13 Dekabr 2025
131
13:14 / 13 Dekabr 2025
486
13:07 / 13 Dekabr 2025
246
12:58 / 13 Dekabr 2025
148
12:16 / 13 Dekabr 2025
895
12:08 / 13 Dekabr 2025
101
11:44 / 13 Dekabr 2025
73
11:30 / 13 Dekabr 2025
85
11:09 / 13 Dekabr 2025
889
11:07 / 13 Dekabr 2025
392
10:25 / 13 Dekabr 2025
1087
09:15 / 13 Dekabr 2025
866
09:06 / 13 Dekabr 2025
644
08:45 / 13 Dekabr 2025
131
08:37 / 13 Dekabr 2025
157
00:28 / 13 Dekabr 2025
155
00:14 / 13 Dekabr 2025
1105
00:01 / 13 Dekabr 2025
749
23:20 / 12 Dekabr 2025
681
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.