Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
276
11.06.2025, 16:00
ABŞ administrasiyası sentyabrın 30-dək ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün xaricdəki ofislərini bağlayacaq.
Oxu24.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti ABŞ Dövlət Departamentinin sənədinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio agentliyin bütün beynəlxalq heyətinin ləğvi və xarici yardım proqramlarına nəzarətin birbaşa Dövlət Departamentinə verilməsi barədə göstəriş verib.
Direktiv bütün dünyada yüzlərlə USAİD əməkdaşına – həm diplomatik xidmət əməkdaşlarına, həm də 100-dən çox ölkədəki podratçılara və yerli işçilərə təsir edəcək.
Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı üçüncü dünya ölkələrində boş qalan yeri tutmaq niyyətindədir, diqqətini “demokratiyanın təşviqi” layihələrinə yönəldir.
Fevralın 3-də ABŞ administrasiyası əvvəllər beynəlxalq təşkilatların maliyyələşdirilməsi üçün xeyli vəsait ayırmış USAID-in fəaliyyətini artıq faktiki olaraq dayandırmışdı. Martın 10-da agentliyə müvəqqəti rəhbər təyin edilmiş Marko Rubio audit başa çatdıqdan sonra proqramların 83%-nin dayandırıldığını bəyan edib.
Bağlanan proqramların əvəzinə Dövlət Departamenti büdcəsi 2,9 milyard dollar olan A1OF adlı xüsusi fond yaradacaq. Rubionun sözlərinə görə, fond böhranlara sürətli reaksiya verməyə, Hindistan və İordaniya kimi tərəfdaşları dəstəkləməyə və rəqiblərin, o cümlədən Çinin strateji çağırışlarına qarşı durmağa imkan verəcək.
Nigar
09:11 / 18 Noyabr 2026
46
08:32 / 18 Noyabr 2026
70
00:38 / 18 Noyabr 2026
153
23:54 / 17 Noyabr 2026
160
23:36 / 17 Noyabr 2026
163
23:10 / 17 Noyabr 2026
156
23:03 / 17 Noyabr 2026
307
22:45 / 17 Noyabr 2026
165
22:22 / 17 Noyabr 2026
153
22:08 / 17 Noyabr 2026
367
21:51 / 17 Noyabr 2026
153
21:38 / 17 Noyabr 2026
164
21:20 / 17 Noyabr 2026
163
21:11 / 17 Noyabr 2026
159
20:45 / 17 Noyabr 2026
155
20:39 / 17 Noyabr 2026
215
20:23 / 17 Noyabr 2026
188
20:12 / 17 Noyabr 2026
235
19:59 / 17 Noyabr 2026
171
19:51 / 17 Noyabr 2026
177
19:40 / 17 Noyabr 2026
340
19:39 / 17 Noyabr 2026
179
19:28 / 17 Noyabr 2026
1237
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.