Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
254
10.06.2025, 12:38
Gürcüstanın NATO-ya üzvlük yolunda üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, alyans konkret addımlarla deyil, vədlərlə cavab verib.
Oxu24.com xəbər verir ki, bunu ölkə parlamentinin spikeri Şalva Papuaşvili NATO-nun Tbilisidəki əlaqələndirmə ofisinin son bəyanatını şərh edərkən deyib.
O qeyd edib ki, bəyanatın konteksti qeyri-müəyyəndir: "Biz 2008-ci ildə Buxarest Sammitində "Gürcüstan NATO-ya üzv olacaq” deyiləndə hələ doğulmamış nəsil yetişdirmişik. Bu gün bu nəsil məktəbi bitirir, lakin biz hələ də NATO-nun real nəticələrini görmürük. Gürcüstan özünün etibarlı tərəfdaş olduğunu hər şəkildə sübut edib.
NATO-ya üzv ölkələr bəzi missiyalardan, xüsusən də Əfqanıstandakı missiyalardan çəkinəndə Gürcüstan 1000-1500 əsgər göndərərək ən böyük kontingentlərdən birində iştirak etdi. Halbuki Baltikyanı ölkələr cəmi 30-40 əsgər göndərirdilər və əsasən qərargahlarda təmsil olunurdular”.
Papuaşvili əlavə edib ki, NATO hələlik Gürcüstana üzvlük yol xəritəsi təqdim etməyib və bu, alyansın real qərarlar qəbul etməyə nə dərəcədə hazır olması ilə bağlı suallar yaradır.
Qeyd edək ki, NATO-nun Gürcüstandakı Koordinasiya Ofisi bu gün yaydığı bəyanatda Buxarest və ondan sonrakı sammitlərin qərarlarına sadiqliyini, həmçinin Gürcüstanın gələcəkdə alyansa üzv olacağı faktını bir daha təsdiqləyib.
Nigar
09:11 / 18 Noyabr 2026
54
08:32 / 18 Noyabr 2026
74
00:38 / 18 Noyabr 2026
156
23:54 / 17 Noyabr 2026
161
23:36 / 17 Noyabr 2026
165
23:10 / 17 Noyabr 2026
157
23:03 / 17 Noyabr 2026
313
22:45 / 17 Noyabr 2026
167
22:22 / 17 Noyabr 2026
154
22:08 / 17 Noyabr 2026
372
21:51 / 17 Noyabr 2026
156
21:38 / 17 Noyabr 2026
165
21:20 / 17 Noyabr 2026
165
21:11 / 17 Noyabr 2026
165
20:45 / 17 Noyabr 2026
157
20:39 / 17 Noyabr 2026
227
20:23 / 17 Noyabr 2026
197
20:12 / 17 Noyabr 2026
243
19:59 / 17 Noyabr 2026
173
19:51 / 17 Noyabr 2026
178
19:40 / 17 Noyabr 2026
341
19:39 / 17 Noyabr 2026
179
19:28 / 17 Noyabr 2026
1248
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.