Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
309
09.06.2025, 11:43
Millətlər Liqasının İspaniya və Portuqaliya arasında keçirilən final matçında azarkeş stadionda yıxılaraq ölüb.
Oxu24.com xəbər verir ki, bu barədə “İndependent” Avropa Futbol Assosiasiyaları İttifaqındakı (UEFA) mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, hər şey əlavə vaxtda baş verib. Azarkeş yuxarı pillədən jurnalistlərin oturacağına yıxılıb, təcili yardım briqadaları cəld müdaxilə etsə də, kişini xilas edə bilməyiblər.
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente oyundan dərhal sonra mərhumun ailəsinə başsağlığı verib.
O, mətbuat konfransında "Suallar verməyə başlamazdan əvvəl başsağlığımı bildirirəm. Çünki bu gün tribunada bir azarkeş dünyasını dəyişib. Ailəsinə başsağlığı verirəm".
Almaniyanın Münhen Arenasında keçirilən görüş Portuqaliya millisinin qələbəsi ilə başa çatıb. Əsas vaxt 2:2 hesabı ilə başa çatıb, əlavə vaxtda futbolçular qol vura bilməyib, oyunsonrası penaltilər seriyasında isə portuqallar daha dəqiq olub - 5:3. Portuqaliya yığması ikinci dəfə Millətlər Liqasının qalibi olub.
Bundan əvvəl Kriştiano Ronaldo Millətlər Liqasını qazandıqdan sonra karyerasını bitirməsi ilə bağlı sualı cavablandırıb.
Nigar
10:01 / 18 Noyabr 2026
13
09:11 / 18 Noyabr 2026
60
08:32 / 18 Noyabr 2026
78
00:38 / 18 Noyabr 2026
158
23:54 / 17 Noyabr 2026
161
23:36 / 17 Noyabr 2026
170
23:10 / 17 Noyabr 2026
160
23:03 / 17 Noyabr 2026
322
22:45 / 17 Noyabr 2026
181
22:22 / 17 Noyabr 2026
161
22:08 / 17 Noyabr 2026
395
21:51 / 17 Noyabr 2026
157
21:38 / 17 Noyabr 2026
168
21:20 / 17 Noyabr 2026
166
21:11 / 17 Noyabr 2026
167
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
19:51 / 17 Noyabr 2026
178
19:40 / 17 Noyabr 2026
343
19:39 / 17 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.