Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
272
08.06.2025, 12:49
ABŞ prezidenti Donald Tramp etirazlar fonunda Los-Ancelesdəki fəaliyyətinə görə Milli Qvardiyaya təşəkkür edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
"İki günlük zorakılıq, toqquşmalar və iğtişaşlardan sonra Los-Ancelesdə Milli Qvardiyanın böyük işi... Təhrikçilərin təşkil etdiyi və tez-tez fitnə-fəsad törədənlər tərəfindən ödənilən bu radikal solçu etirazlara dözmək olmaz", - o yazıb.
O qeyd edib ki, Milli Qvardiya öz işini layiqincə yerinə yetirib.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Los-Anceles şəhərinin mərkəzində qeyri-qanuni mühacirləri müəyyən etmək üçün keçirdiyi reyd daha əvvəl etirazçılarla toqquşmaya çevrilmişdi. Ağ Ev rəsmiləri Los-Ancelesdəki etirazları “qanunlara qarşı üsyan” kimi qiymətləndiriblər. ABŞ prezidenti Donald Tramp Kaliforniya qubernatoru Qevin Nyusom və Los-Anceles meri Karen Bassı Truth Social sosial şəbəkəsində vəziyyətə nəzarət edə bilməməkdə ittiham edib. O, federal hakimiyyət orqanlarının asayişi bərpa etmək və "iğtişaşlar və talançılıq" adlandırdığı etirazları dayandırmaq üçün müdaxilə edə biləcəyi barədə xəbərdarlıq edib. Bundan əvvəl dövlət katibi Marko Rubio bildirib ki, ABŞ etirazlarda iştirak edən tələbələr üçün vizaları ləğv etməyə davam edəcək.
Nigar
10:21 / 18 Noyabr 2026
1
10:18 / 18 Noyabr 2026
21
10:14 / 18 Noyabr 2026
30
10:01 / 18 Noyabr 2026
60
09:11 / 18 Noyabr 2026
80
08:32 / 18 Noyabr 2026
99
00:38 / 18 Noyabr 2026
160
23:54 / 17 Noyabr 2026
163
23:36 / 17 Noyabr 2026
180
23:10 / 17 Noyabr 2026
174
23:03 / 17 Noyabr 2026
335
22:45 / 17 Noyabr 2026
197
22:22 / 17 Noyabr 2026
169
22:08 / 17 Noyabr 2026
411
21:51 / 17 Noyabr 2026
159
21:38 / 17 Noyabr 2026
171
21:20 / 17 Noyabr 2026
167
21:11 / 17 Noyabr 2026
168
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.