Türkiyədə 4,3 bal gücündə zəlzələ baş verib
17 Noyabr 2026, 21:38
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
342
06.06.2025, 13:00
İsrail ABŞ-ı əmin edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Tehranla apardığı danışıqların uğursuzluğa düçar olduğunu bildirənə qədər İrana zərbə endirməyəcək.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Axios məlumat yayıb.
"Biz amerikalıları sakitləşdirdik və onlara dedik ki, əgər yaxşı diplomatik həll yolu tapılarsa, hücuma keçməyin məntiqi yoxdur. Ona görə də biz ona şans verəcəyik və danışıqların tükəndiyi və (Ağ Evin sözçüsü) Stiv Vitkoffun təslim olacağı bəlli olana qədər hər hansı hərbi əməliyyatla gözləyəcəyik", - portalın həmsöhbətlərindən biri deyib.
İsrail rəsmilərinin bildirdiyinə görə, bu vədlər ötən həftə strateji məsələlər üzrə nazir Ron Dermer, Mossad direktoru David Barnea və milli təhlükəsizlik müşaviri Tzachi Hanegbi tərəfindən Vaşinqtona səfəri zamanı verilib.
Ağ Ev hələ də İranın nüvə sazişinin bağlanması təklifinə cavabını gözləyir. İran rəsmiləri bildiriblər ki, hazırda cavab tədbirləri üzərində işləyirlər.
Çərşənbə günü İranın ali dini lideri Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı məsələnin həlli üçün ABŞ-ın irəli sürdüyü şərtlərin İranın maraqlarına zidd olduğunu bildirib.
İranın nüvə proqramı ilə bağlı danışıqlar Omanın vasitəçiliyi ilə ABŞ prezidentinin nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi tərəfindən aparılır.
Miri
10:21 / 18 Noyabr 2026
1
10:18 / 18 Noyabr 2026
21
10:14 / 18 Noyabr 2026
30
10:01 / 18 Noyabr 2026
60
09:11 / 18 Noyabr 2026
80
08:32 / 18 Noyabr 2026
99
00:38 / 18 Noyabr 2026
160
23:54 / 17 Noyabr 2026
163
23:36 / 17 Noyabr 2026
180
23:10 / 17 Noyabr 2026
174
23:03 / 17 Noyabr 2026
335
22:45 / 17 Noyabr 2026
197
22:22 / 17 Noyabr 2026
169
22:08 / 17 Noyabr 2026
411
21:51 / 17 Noyabr 2026
159
21:38 / 17 Noyabr 2026
171
21:20 / 17 Noyabr 2026
167
21:11 / 17 Noyabr 2026
168
20:45 / 17 Noyabr 2026
160
20:39 / 17 Noyabr 2026
231
20:23 / 17 Noyabr 2026
200
20:12 / 17 Noyabr 2026
246
19:59 / 17 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.