Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
277
13.05.2025, 15:06
Dövlət Departamenti ABŞ prezidenti Donald Trampın Yaxın Şərqə səfəri ərəfəsində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) təxminən 1,4 milyard dollar dəyərində silah satışını təsdiqləyib.
Oxu24.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, BƏƏ 1,32 milyard dollara 6 CH-47F Chinook helikopteri, həmçinin F-16 qırıcıları üçün ehtiyat hissələri almaq istəyir.
Dövlət Departamenti BƏƏ-yə təklif olunan satışlarla bağlı tələb olunan sənədləri ABŞ Konqresinə təqdim etdiyini və bu sənədlərin “vacib regional tərəfdaşın təhlükəsizliyini gücləndirməyə kömək etməklə ABŞ-ın xarici siyasətini və milli təhlükəsizliyini dəstəkləyəcəyini” bildirib.
BƏƏ-nin aldığı helikopterlər ölkəyə axtarış-xilasetmə əməliyyatlarında, fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, humanitar yardımda və terrorla mübarizə əməliyyatlarında iştirak etməyə imkan verəcək”, - deyə XİN bildirib.
Trampın BƏƏ-yə səfərinin iki ölkə arasında süni intellekt, yarımkeçiricilər, istehsalat və enerji sahələrində investisiyaları əhatə edən bir sıra maliyyə sövdələşmələrinin elanı ilə nəticələnəcəyi gözlənilir.
Tramp Yaxın Şərqə səfəri zamanı Səudiyyə Ərəbistanına böyük silah satışını da açıqlaya bilər.
Nigar
21:09 / 18 Noyabr 2026
27
21:03 / 18 Noyabr 2026
46
20:53 / 18 Noyabr 2026
53
20:50 / 18 Noyabr 2026
52
20:45 / 18 Noyabr 2026
172
20:42 / 18 Noyabr 2026
66
20:40 / 18 Noyabr 2026
74
20:34 / 18 Noyabr 2026
75
20:28 / 18 Noyabr 2026
69
20:19 / 18 Noyabr 2026
465
20:05 / 18 Noyabr 2026
105
19:56 / 18 Noyabr 2026
108
19:41 / 18 Noyabr 2026
94
19:36 / 18 Noyabr 2026
99
19:36 / 18 Noyabr 2026
94
19:26 / 18 Noyabr 2026
108
19:19 / 18 Noyabr 2026
124
19:15 / 18 Noyabr 2026
104
19:08 / 18 Noyabr 2026
133
18:50 / 18 Noyabr 2026
110
18:45 / 18 Noyabr 2026
128
18:37 / 18 Noyabr 2026
123
18:33 / 18 Noyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.