Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib
18 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
328
30.04.2025, 15:19
Şiddətli toqquşmalar və etnik gərginliyin artması fonunda Jaramanada Suriya hökumətinin nümayəndələri ilə druz icmasının liderləri arasında danışıqlar aparılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.
Məlumata görə, görüşdən sonra tərəflər münaqişənin genişlənməsinin qarşısının alınması üçün tədbirlər, o cümlədən qurbanların ailələrinə təzminat ödənilməsi və onların hüquqlarının bərpası, hücumlara görə məsuliyyət daşıyanların cəzalandırılması, dövlət mediası vasitəsilə hadisələrin şəffaf işıqlandırılması və əsassız hərəkətlərin məhdudlaşdırılması, həmçinin Dəməşq və Suveyda vilayəti arasında təhlükəsiz nəqliyyat marşrutlarının təşkili barədə razılığa gəliblər.
Şəhər kənarında asayişi qorumaq üçün daxili işlər və müdafiə nazirliklərinin qüvvələri, o cümlədən zirehli texnika və iriçaplı pulemyotlarla təchiz olunmuş texnikalar yerləşdirilib. Suriya Müdafiə Nazirliyinin pilotsuz təyyarələrinin Caramana səmasında fəaliyyəti qeydə alınıb.
Eyni zamanda druzların ruhani lideri Şeyx Yusif Cərbu bildirib ki, ayrı-ayrı şəxslər tərəfindən Məhəmməd peyğəmbərə qarşı təxribat xarakterli bəyanatlar druz icmasının mövqeyini əks etdirmir. O, bütün tərəfləri dinlərarası ədavəti qızışdırmaq cəhdlərinə müqavimət göstərməyə çağırıb.
Bu arada İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail ordusunun Suriyada “ekstremist qruplaşmanın” hücrəsini vurduğunu bildirib. Zərbə Netanyahu və ölkənin müdafiə naziri İsrael Katzın göstərişi ilə həyata keçirilib. “Eyni zamanda, İsrail Suriya hakimiyyətinə sərt xəbərdarlıq göndərib: onlar druzlara qarşı hücumların qarşısının alınmasına birbaşa cavabdehdirlər”, - bəyanatda deyilir. Ofis İsrailin druzlara qarşı növbəti hücumlara icazə verməyəcəyini vurğulayır.
Xatırladaq ki, aprelin 29-da Caramanada Suriya təhlükəsizlik qüvvələri ilə druz silahlı qrupları arasında silahlı toqquşmalar baş verib. Döyüşlər zamanı iki təhlükəsizlik qüvvələri zabiti də daxil olmaqla 13 nəfər həlak olub. Qarşıdurmalar sosial şəbəkələrdə Məhəmməd peyğəmbərə hücum edən şəxsin audio çarxının yayılmasından sonra başlayıb. Səs yazısı druz din xadiminə aid edilib, sonra o, hər hansı əlaqəsini inkar edib.
Miri
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.