Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1039
27.04.2025, 21:34
İslam Memiş: “Türkiyə test edilir, zəlzələlər süni şəkildə törədilir”
Son günlərdə Marmara dənizində ard-arda baş verən zəlzələlərlə bağlı iqtisadiyyat və maliyyə üzrə ekspert İslam Memişin verdiyi açıqlamalar mübahisə yaradıb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Memiş şəxsi YouTube kanalında etdiyi çıxışda bu zəlzələlərin təbii olmadığını və süni şəkildə törədildiyini iddia edib. "Bəlkə də bu komplo teorisi kimi görünə bilər, amma mən şəxsən bu zəlzələlərin təbii olduğunu düşünmürəm," – deyə o bildirib.
“Zəlzələlərin təbii olduğunu düşünmürəm”
İslam Memiş zəlzələlərin təbii olmadığına inandığını açıqlayarkən, insanların, texnologiyaların və mühitin müxtəlif təcrübələrə məruz qaldığını irəli sürüb. Memiş qeyd edib ki, "Bugün bu dediklərim komplo teorisi kimi görünsə də, dünyanın hər yerində yeni dünya nizamı üçün hər şey test edilir. Türkiyədə zəlzələlərə qarşı test edilən ölkələrdən biridir. Mən şəxsən bu zəlzələlərin təbii olduğunu düşünmürəm," – deyə açıqlama verib.
İslam Memiş'ten tartışma yaratacak çıkış: Depremlerin doğal olduğunu düşünmüyorum
“Elmi sevirəm, cahilliyi isə heç vaxt sevməmişəm”
Həmçinin oxuyun
Memiş həmçinin özünün elmə və texnologiyaya çox bağlı olduğunu vurğulayaraq, "Mən hər zaman elm və biliyin tərəfdarı olmuşam. Cahilliyə qarşı böyük bir nifrətim var. Elmsiz heç bir şeyə inanmıram," – deyə bildirib.
"Süni zəlzələlər olduğuna inanırəm"
Son vaxtlar sosial mediada yayılan müxtəlif görüntülər və artan kosmik fəaliyyətlərdən sonra Memiş zəlzələlərin süni şəkildə yaradıldığına inanır. O, zəlzələlər zamanı şəhər yollarında bir anda hərəkət edən avtomobillərin dayandığını, bunun isə təsadüfi olmadığını bildirərək, "Bu hadisə mənə o qədər təbii gəlmir. Mənim fikrimcə, bu, insanların üzərində edilən bir təcrübədir," – deyə qeyd edib.
İslam Memiş dünyanın dəyişən nizamını və texnologiyanın həyatımıza daxil olmasını, xüsusən də 2030-cu il üçün tətbiq edilən süni intellekt texnologiyalarını qeyd edərək, zəlzələləri və digər hadisələri bu "yeni dünya düzəninin" bir hissəsi olaraq görür. O, həmçinin, "Koronavirus dövründə yaşadığımız hadisələri də bu prosesə bənzədirəm. Dünya sürətlə yeni bir mərhələyə daxil olur və bu dəyişikliklər test edildikcə biz onlardan təsirlənirik," – deyə bildirib.
"Türkiyə zəlzələlərlə test edilir"
Memiş, "Bu yalnız Türkiyə üçün keçərli deyil. Bütün dünyada bəzi şeylər sürətlə test edilir. İnteqrasiya olunan texnologiyalar, internet və elektrik kəsintiləri kimi halların da bu sistemin bir hissəsi olduğunu düşünürəm," – deyə vurğulayıb. O, öz fikirlərini "Bu mənim şəxsi fikrimdir. Hər hansı bir elmi əsas yoxdur, sadəcə müşahidələrimə dayanaraq belə düşünürəm," – şəklində əlavə edib.(musavat.com)
01:21 / 14 Dekabr 2025
574
00:52 / 14 Dekabr 2025
468
00:43 / 14 Dekabr 2025
123
00:04 / 14 Dekabr 2025
266
23:47 / 13 Dekabr 2025
981
23:44 / 13 Dekabr 2025
72
23:30 / 13 Dekabr 2025
77
22:45 / 13 Dekabr 2025
435
22:30 / 13 Dekabr 2025
123
22:28 / 13 Dekabr 2025
149
22:22 / 13 Dekabr 2025
168
22:11 / 13 Dekabr 2025
285
21:58 / 13 Dekabr 2025
435
21:34 / 13 Dekabr 2025
1186
21:21 / 13 Dekabr 2025
101
21:19 / 13 Dekabr 2025
132
21:15 / 13 Dekabr 2025
97
21:02 / 13 Dekabr 2025
87
20:49 / 13 Dekabr 2025
422
20:44 / 13 Dekabr 2025
114
20:36 / 13 Dekabr 2025
99
20:26 / 13 Dekabr 2025
93
20:01 / 13 Dekabr 2025
312
19:53 / 13 Dekabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.