Qaynar xətt:

(+99450) 247 90 86

Bəndər-Abbasda partlayış: Çindən gələn gəmidə nə olub?

DÜNYA

227

27.04.2025, 14:10

İranın Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayışa səbəb Çindən göndərilən ammonium perklorat (NH4ClO4) kimyəvi maddəsi olub.

Oxu24.com APA-istinadən  xəbər verir ki, bu barədə özəl təhlükəsizlik firması “Ambrey” məlumat yayıb.

Ammonium perklorat raket yanacağında istifadə olunur

Məlumata görə, ammonium perklorat bərk raket yanacağının istehsalında istifadə edilir və İsrailin oktyabr ayında İrana qarşı həyata keçirdiyi hücumların ardından İranın raket ehtiyatlarını artırmaq məqsədilə ölkəyə gətirilib.

“Ambrey” şirkətinin bildirdiyinə görə, partlayışın baş verməsinə səbəb raket yanacağının düzgün idarə olunmaması olub.

Gəmi izləmə məlumatları da Çindən gələn kimyəvi maddə daşıyan bir gəminin mart ayında liman yaxınlığında olduğunu təsdiqləyib.

2020-ci ildə Beyrut limanında baş verən fəlakətli partlayışdan sonra belə təhlükəli maddələrin niyə vaxtında limandan çıxarılmadığı sual doğurur.

Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə, yaralıların sayı isə 800-ə çatıb.

Partlayışdan sonra başlayan yanğının 80 faizi söndürülüb.

İranın Hörmüzqan vilayətində baş verən faciə ilə bağlı üç günlük matəm elan olunub.