Misir: Türkiyə ilə ticarət həcmi 2025-ci ildə 6,8 milyard dollara yüksəlib
18 Noyabr 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
394
14.04.2025, 19:11
Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə Reuters məsələ ilə bağlı üç mənbəyə istinadən məlumat yayıb.
Suriyanın təşkilata təxminən 15 milyon dollar borcu var ki, bu da bankın uzunmüddətli vətəndaş müharibəsindən əziyyət çəkən ölkənin yenidən qurulmasına və digər yardım formalarına kömək etmək üçün qrantları təsdiqləməzdən əvvəl ödənilməlidir.
İki mənbə bildirir ki, Suriyanın yeni hakimiyyət orqanları xarici valyuta qıtlığı yaşayır və xaricdəki dondurulmuş aktivlərdən istifadə etməklə borcların ödənilməsi üçün əvvəllər hazırlanmış plan həyata keçirilməyib. Reuters mənbələri onu da bildirir ki, Dünya Bankının nümayəndələri artıq ölkənin elektrik şəbəkəsinin bərpası və dövlət sektorunda çalışan işçilərin maaşlarının ödənilməsinə dəstək üçün maliyyə ayrılmasını müzakirə ediblər.
Aprelin sonunda Suriya nümayəndə heyəti Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) illik toplantılarına qatılmaq üçün Vaşinqtona səfər edəcək. Bu, ötən ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya rəsmilərinin ABŞ-a ilk rəsmi səfəri olacaq. Əvvəlki hökumət dövründə ABŞ-ın Suriyaya tətbiq etdiyi demək olar ki, bütün sanksiyalar qüvvədə qalır.
Səudiyyə Ərəbistanı ilk dəfə olaraq Suriyanın yeni hakimiyyət orqanlarına maliyyə yardımı göstərməyə hazır olduğunu bildirib, Reuters qeyd edir. Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyinin nümayəndəsi Ər-Riyadın Suriya borclarını ödəmək planları ilə bağlı məlumatı nə təsdiq, nə də təkzib edib.
Miri
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.