Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
426
10.04.2025, 19:37
Polşa prokurorluğu 2010-cu ildə Smolensk yaxınlığında baş vermiş təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırmanı 2025-ci il dekabrın 31-dək uzadıb.
Bu barədə RİA Novosti idarənin bəyanatına istinadən xəbər verir.
“İstintaq 31 dekabr 2025-ci il tarixinədək uzadılıb”, - prokurorluğun açıqlamasında bildirilir.
Qeyd olunur ki, mayın 31-dək Polşa Beynəlxalq Ekspertlər Qrupunun gəldiyi nəticənin ingilis dilindən tərcüməsini başa çatdırmalıdır. Bundan sonra yerli analitiklər ilin sonuna kimi hesabatın təhlilini aparacaqlar.
2010-cu il aprelin 10-da göyərtəsində Polşa prezidenti Lex Kaçinskinin olduğu Tu-154 təyyarəsi Smolensk yaxınlığında qəzaya uğradı. Təyyarədə ümumilikdə 96 nəfər olub: 88 sərnişin və 8 ekipaj üzvü. Onların hamısı Smolenskdən 14 km aralıda yerləşən Katında keçirilən anım tədbirinə gedirdilər.
Bu gün Polşanın baş naziri Donald Tusk Tu-154 təyyarəsinin qəzaya uğraması ilə bağlı mübahisələrə son qoymağa çağırıb. O, çox çətin olsa belə, "icma və qarşılıqlı hörməti" bərpa etmək lazım olduğunu söylədi.
Bundan əvvəl polşalı fəalın Smolensk hava qəzası qurbanlarının xatirəsinə ucaldılmış abidənin üzərinə boya tökdüyü bildirilmişdi.
Nigar
10:11 / 19 Noyabr 2026
1
10:07 / 19 Noyabr 2026
23
09:58 / 19 Noyabr 2026
114
09:56 / 19 Noyabr 2026
54
09:48 / 19 Noyabr 2026
64
09:45 / 19 Noyabr 2026
62
09:41 / 19 Noyabr 2026
66
09:37 / 19 Noyabr 2026
69
09:30 / 19 Noyabr 2026
61
09:27 / 19 Noyabr 2026
73
09:14 / 19 Noyabr 2026
149
09:13 / 19 Noyabr 2026
71
09:12 / 19 Noyabr 2026
65
09:10 / 19 Noyabr 2026
204
00:22 / 19 Noyabr 2026
405
23:10 / 18 Noyabr 2026
192
22:45 / 18 Noyabr 2026
171
22:40 / 18 Noyabr 2026
158
22:25 / 18 Noyabr 2026
179
22:25 / 18 Noyabr 2026
193
22:15 / 18 Noyabr 2026
194
22:11 / 18 Noyabr 2026
209
21:55 / 18 Noyabr 2026
194
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.