Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
19 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
515
12.03.2025, 15:06
Hollandiya parlamentində əksəriyyət krallığın Avropa Komissiyasının (AK) Avropanı yenidən silahlandırmaq təşəbbüsündə iştirakının əleyhinə səs verib.
Oxu24.com xəbər verir k, bu barədə “Volkskrant” qəzeti yazır.
“Niderland Nümayəndələr Palatası (parlamentin aşağı palatası - Red) kiçik fərqlə (71 səs əleyhinə 73 səs ) Hollandiyanın Avropanın yenidən silahlanmasına dair Avropa planında iştirakına qarşı çıxıb”, - nəşr yazır.
Qəzetin yazdığına görə, hakim koalisiyadakı dörd partiyadan üçü - Azadlıq Partiyası (PVV), Fermerlər və Vətəndaşlar Hərəkatı (BBB) və Yeni Sosial Müqavilə (MTK) Avropanı yenidən silahlandırmaq planına qarşı çıxıb.
Beləliklə, nəşr qeyd edir ki, səsvermənin nəticələri Hollandiyanın baş naziri Dik Şofu çətin vəziyyətə salıb, çünki o, bu planı həyata keçirməyə razılaşıb.
Buna görə də səsvermənin nəticələri Şofu Avropa Komissiyasının təklifinə düzəliş etmək üçün Brüsselə qayıtmağa məcbur etməlidir. Öz növbəsində, Hollandiya hökumətinin başçısının koalisiyadakı əleyhdarları hesab edirlər ki, “yenidən silahlanma” planı böyük maliyyə riskləri daşıyır.
Martın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa İttifaqını 800 milyard avro məbləğində yenidən silahlandırmaq planını təklif edib. AK həmçinin Aİ ölkələri üçün hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalı üçün 150 milyard avro kredit cəlb etmək niyyətindədir.
Fevralın sonunda “Financial Times” qəzeti avropalı rəsmilərə istinadən xəbər verir ki, Aİ ölkələri Avropanın yenidən silahlanma bankının və ümumavropa müdafiə maliyyəsi üçün fondun yaradılmasını müzakirə edir.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Putin haqqında sərt danışıb.
Nigar
18:07 / 19 Noyabr 2026
1
17:58 / 19 Noyabr 2026
44
17:50 / 19 Noyabr 2026
53
17:47 / 19 Noyabr 2026
142
17:45 / 19 Noyabr 2026
58
17:41 / 19 Noyabr 2026
57
17:34 / 19 Noyabr 2026
71
17:30 / 19 Noyabr 2026
79
17:20 / 19 Noyabr 2026
72
17:15 / 19 Noyabr 2026
75
17:01 / 19 Noyabr 2026
157
16:51 / 19 Noyabr 2026
306
16:50 / 19 Noyabr 2026
122
16:48 / 19 Noyabr 2026
94
16:35 / 19 Noyabr 2026
111
16:29 / 19 Noyabr 2026
103
16:24 / 19 Noyabr 2026
108
16:18 / 19 Noyabr 2026
129
16:15 / 19 Noyabr 2026
382
16:12 / 19 Noyabr 2026
102
16:10 / 19 Noyabr 2026
126
16:08 / 19 Noyabr 2026
107
16:02 / 19 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.