Moskvada nə baş verib?
19 Noyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
540
04.03.2025, 16:43
Çin hakimiyyəti milli təhlükəsizlik səbəbi ilə 15 Amerika şirkətinə ixrac nəzarəti tətbiq edib.
Oxu24.com bu barədə Çin Ticarət Nazirliyinin bəyanatına istinadən xəbər verir.
“Çin Xalq Respublikasının İxrac Nəzarəti Qanununun müddəalarına və İkili İstifadə Əşyalarının İxracına Nəzarət Müddəalarına uyğun olaraq, milli təhlükəsizlik və maraqların qorunması və nüvə silahının yayılmaması kimi beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə ixrac nəzarəti siyahısına 15 ABŞ təşkilatının əlavə edilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.
İxrac nəzarəti altına alınan şirkətlərin siyahısında informasiya texnologiyaları şirkəti Leidos da var.
Həmçinin Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib ki, Çin hakimiyyəti ABŞ-a ticarət müharibəsinə başlamaq əvəzinə dialoqa üz tutmağı təklif edib.
Fevralın 2-də ABŞ prezidenti Meksika, Kanada və Çindən gələn mallara rüsumların tətbiqi haqqında sərəncam imzalayıb. Meksika və Kanada üçün tarif dərəcəsi 25%, Çin üçün isə 10% təşkil edib. Vaşinqton daha sonra Meksika və Kanadaya tarifləri 30 gün müddətinə dayandırdı, lakin Çinə yox.
Bundan əvvəl amerikalılar Çindən bağlamaların qəbulunu dayandırmışdılar.
Miri
21:05 / 19 Noyabr 2026
12
21:00 / 19 Noyabr 2026
21
20:48 / 19 Noyabr 2026
52
20:42 / 19 Noyabr 2026
54
20:31 / 19 Noyabr 2026
62
20:04 / 19 Noyabr 2026
212
19:55 / 19 Noyabr 2026
67
19:53 / 19 Noyabr 2026
141
19:30 / 19 Noyabr 2026
98
19:10 / 19 Noyabr 2026
850
19:05 / 19 Noyabr 2026
100
18:55 / 19 Noyabr 2026
102
18:50 / 19 Noyabr 2026
142
18:07 / 19 Noyabr 2026
345
17:58 / 19 Noyabr 2026
118
17:50 / 19 Noyabr 2026
103
17:47 / 19 Noyabr 2026
486
17:45 / 19 Noyabr 2026
124
17:41 / 19 Noyabr 2026
110
17:34 / 19 Noyabr 2026
116
17:30 / 19 Noyabr 2026
126
17:20 / 19 Noyabr 2026
121
17:15 / 19 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.