Tramp: İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir
20 Noyabr 2026, 22:01
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
507
23.12.2024, 11:38
Albaniya rəhbərliyi ölkədə TikTok sosial şəbəkəsini qadağan etmək qərarına gəlib.
Oxu24.com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Baş naziri Edi Rama açıqlayıb.
Onun sözlərinə görə, 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək qadağa Albaniyanın bütün vətəndaşları üçün bir il müddətinə qüvvədə olacaq.
E.Rama qeyd edib ki, Albaniya qərarın ləğvi və yaxud müddətinin uzadılması barədə qərar verməzdən əvvəl şirkətin və digər ölkələrin reaksiyasını müşahidə edəcək.
Ölkədə sözügedən sosial şəbəkədən istifadəyə qadağa qoyulmasına səbəb isə ötən ay 14 yaşlı yeniyetmənin qətlə yetirilməsi olub.
Belə ki, həmin gənc dava zamanı digər bir məktəbli tərəfindən bıçaqlanıb. Yerli media yazıb ki, məktəblilər arasında davaya səbəb sosial şəbəkələrdə onlar arasında düşən mübahisə olub. Hadisədən sonra TikTokda bununla bağlı çox sayda video yayılıb. Həmin videolarda məktəblilər qətlə haqq qazandırıb.
Şirkət isə öz növbəsində insidentlə bağlı açıqlama yayaraq, hər iki gəncin TikTokda hesabının olmadığını və onlar arasında mübahisənin başqa sosial şəbəkədə baş verdiyini bildirib.
11:07 / 21 Noyabr 2026
1
11:00 / 21 Noyabr 2026
161
10:58 / 21 Noyabr 2026
57
10:33 / 21 Noyabr 2026
75
10:28 / 21 Noyabr 2026
88
10:27 / 21 Noyabr 2026
107
10:00 / 21 Noyabr 2026
109
09:42 / 21 Noyabr 2026
123
09:38 / 21 Noyabr 2026
93
09:35 / 21 Noyabr 2026
85
09:33 / 21 Noyabr 2026
100
09:03 / 21 Noyabr 2026
98
00:12 / 21 Noyabr 2026
180
23:31 / 20 Noyabr 2026
182
23:23 / 20 Noyabr 2026
183
23:06 / 20 Noyabr 2026
192
22:45 / 20 Noyabr 2026
183
22:35 / 20 Noyabr 2026
200
22:22 / 20 Noyabr 2026
213
22:01 / 20 Noyabr 2026
198
21:52 / 20 Noyabr 2026
188
21:48 / 20 Noyabr 2026
191
21:21 / 20 Noyabr 2026
193
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.