Lukaşenko Belarusda ondan sonra kimin prezident olacağına aydınlıq gətirib
25 Noyabr 2026, 14:57
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
329
06.06.2024, 22:00
Taliban hərəkatının nümayəndələri Rusiyada keçiriləcək Dostluq Oyunlarına Əfqanıstandan idmançılar göndərməyə hazır olduqlarını bəyan ediblər.
Oxu24.com xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz də Dostluq Oyunlarında iştirak etmək istərdik”, - Əfqanıstan Müvəqqəti Hökumətinin Əmək və Sosial Məsələlər Naziri Əbdül Umari bildirib.
İyunun 1-də “Sport Express” yazıb ki, Dünya Dostluq Oyunları 2025-ci ilə təxirə salına bilər.
Onun sözlərinə görə, belə bir təşəbbüs Rusiya Federasiyasının ali rəhbərliyi ilə müzakirə olunur və yaxın vaxtlarda dəstək alacaq.
Qeyd olunub ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təzyiqi ilə bağlı deyil.
Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılır. Dostluq Oyunlarının təşəbbüskarı və əlaqələndiricisi Beynəlxalq Dostluq Assosiasiyasıdır (İFA).
2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. Lakin dekabrda BOK Rusiya və Belarusun 2024-cü il Olimpiadasında neytral statusda iştirakına icazə verib. 2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.
Nigar
18:02 / 25 Noyabr 2026
13
18:00 / 25 Noyabr 2026
14
17:49 / 25 Noyabr 2026
103
17:35 / 25 Noyabr 2026
53
17:21 / 25 Noyabr 2026
296
17:13 / 25 Noyabr 2026
88
17:01 / 25 Noyabr 2026
361
16:50 / 25 Noyabr 2026
113
16:38 / 25 Noyabr 2026
94
16:29 / 25 Noyabr 2026
91
16:27 / 25 Noyabr 2026
92
16:15 / 25 Noyabr 2026
254
16:05 / 25 Noyabr 2026
235
15:59 / 25 Noyabr 2026
306
15:41 / 25 Noyabr 2026
745
15:32 / 25 Noyabr 2026
219
15:30 / 25 Noyabr 2026
138
15:26 / 25 Noyabr 2026
124
15:22 / 25 Noyabr 2026
121
15:19 / 25 Noyabr 2026
122
15:10 / 25 Noyabr 2026
210
15:03 / 25 Noyabr 2026
230
14:58 / 25 Noyabr 2026
138
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.