Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycandan gedən mikroavtobus qəzaya düşdü: 6 ölü, 5 yaralı

2019-03/1551851296_ren-tv_1551851060.jpg

DÜNYA

1919

06.03.2019, 09:47

  Azərbaycandan Moskvaya gedən minivanın Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
Oxu24.com  RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol diyarı üzrə Baş İdarəsinin nümayəndəsi məlumat verib. Məlumata görə, "Mercedes" markalı minivan Azərbaycandan Moskvaya özəl reys həyata keçirərkən qarşı zolağa çıxan yük maşını ilə toqquşub. Qurumun məlumatında göstərilir ki, yaralılar Nevinnomısk xəstəxanasına çatdırılıblar. {banner_reklam1}